Ana səhifə
26 Sentyabr 2018

Tamadalıqdan imtina etdi: «Üzünə söz deyiləndə götürməlisən»

Əzizağa Əzizov: «Tamada gedənin əsəbləri möhkəm olmalıdır» 

 

 

Oktyabrın 20-də Azərbaycan Musiqili Teatrının aktyoru Əzizağa Əzizovun 54 yaşı oldu. Aktyor “Üç nöqtə”yə bu illər ərzində yaşadıqlarından və sənətindən danışdı: “Yaşın üstünə yaş gəldikcə, insan yaşlandıqca  problemlər də çoxalır.  Övladlarım böyüyür. Hazırda yalnız bir şeyi fikirləşirəm ki, kaş, bir az cavan olaydım. Ailə həyatı gec qurmuşam. Uşaqlarımın təhsili, təlim-tərbiyəsi var. Bir az ömür olsun ki, onların təlim-tərbiyəsi ilə məşğul olum. Yaşadığım illərə baxanda çətinliklərimi düşünürəm. Çünki çox çətinliklərim olub. Səmimi deyirəm, məni tanıyanlar da bilir. Əzab-əziyyətli həyat yaşamışam. 2005-ci ilə qədər şəxsi evim olmayıb. Ailəmlə yataqxanalarda yaşamışam. 9 ildir evim var. İndi Allahımdan çox razıyam ki, evim, gözəl balalarım var. Təhsil alırlar. Ailəmi yaxşı dolandırıram. Toylara getmirəm».
Əzizaba Əzizovun dediyinə görə, teatr sənətində çoxları tamada kimi toylara gedib ailələrini dolandırırlar. Çünki bu sahədə maaş azdır: «Toya 2001-ci ildə getdim, heç bir il davam etmədi. Çünki gördüm ki, bu iş mənlik deyil. Tamada gedənin əsəbləri möhkəm olmalıdır.  Üzünə söz deyiləndə götürməlisən. Ona görə də evdə  pulsuz oturmaq yaxşıdır, nəinki, kiminsə ağır sözlərini götürməyim, təhqir olunmağım.  Dönüb arxaya baxanda 54 ildə çox ağrılı-acılı, imkansız  keçən günlərim oldu. Amma yaxşı  dost-tanışlarım var. Ətrafımda yaxşı insanlar, mənə həyatda əl tutanlar olub. Onları unutmuram. Daim yadımda saxlayıram”.
Əzizağa Əzizov çəkildiyi seriallardan da danışdı: “Çəkildiyim serialları izləyirəm. Amma təkrar yayımlanan zaman izləmirəm. Baxıram görüm harada nəyi düz və  ya səhv etmişəm. Bütün bunları bilməliyəm. Ondan bir nəticə çıxarıram. Hər zaman  köhnə filmlərə baxıram. Təbii ki, ssenarini əvvəlcədən götürəndə serialdan xəbərim olur. Yalnız seriallara deyil, çəkildiyim filmləri də mütləq izləyirəm”. 
Aktyor onu da dedi ki, çəkildiyi seriallara baxarkən tənqidi yanaşır: «İnanın ki, 70-80 faiz öz oyunlarım tənqidi yanaşıram. Çox az film və seriallar olar ki, orada rolumdan razı qalıram. Aktyor sənəti elədir ki, nə qədər xoşagəlimli oynasan da fikirləşirsən ki, onu daha da yaxşı oynaya bilərdim».
Əzizağa Əzizovun sözlərinə görə aktyorun uğurunun sirri qəlbinin təmizliyindədir: «Aktyor təmiz olmalıdır. Heç vaxt paxıllıq etməməli, hansısa aktyora həsəd aparmamalıdır. Heç kimdən  asılı olmamalıdır. Düşünürəm ki, o zaman uğur qazana bilər. Paxıllıq edən zaman özünü içəridən məhv edir. Mən heç vaxt obraza, rola görə heç kimə paxıllıq etməmişəm, nə də həsəd aparmamışam. Fikirləşməmişəm ki, o rolu ondan yaxşı oynayardım».
Yeni serial təkliflərindən danışan aktyor dedi ki, hər il iki-üç televiziya kanalarından və “prodakşın”lardan təklif gəlir. Çox sağ olsunlar ki, unutmurlar, yada salırlar. Sadəcə olaraq “Xəzər” televiziyasında müqaviləm var. O vaxt ərzində başqa seriallarda çəkilə bilmərəm. Filmlərdə çəkilə bilərəm. Amma filmlərdən təklif gəlməyib”.

Ə.Əzizov serialda çəkildiyi vaxtda teatrdakı fəaliyyətinə hər hansı maneə olmadığını dedi: “Seriala başlayandan əvvəl teatrın müdriyyəti və serialın rəhbərliyi ilə danışmışıq ki, mən nə teatrın işinə, nə də serialın işinə mane olmayacam. Bir ay əvvəl teatrın repertuarını serialın prodüserinə verirəm ki, gələn ay hansı tamaşalarım və məşqlərim var. Onlar da serialın çəkilişini nəzərə alırlar. Beləliklə, serial teatr işimə təsir etmir».

Rəqsanə

Tarix
22 Oktyabr 2014 [19:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin