Ana səhifə
20 Sentyabr 2018

Ermənistan Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər, Amma...

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Bakı-Tbilisi-Qars layihəsinə Ermənistandan savayı, arzu edən bütün tərəflər qoşula bilər.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Dəmiryol xəttinin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

 

Tarix
22 Oktyabr 2014 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin