Ana səhifə
12 Dekabr 2018

Avropa Oyunlarında milli filmlərlərimiz pulsuz nümayiş etdiriləcək

Nizami Kino Mərkəzinin repetuarına bir çox milli filmlər daxil edilib

 

 

 

İlk Avropa Oyunlarına görə Nizami Kino Mərkəzinin repetuarına bir çox milli filmlər daxil edilib. Nizami Kino Mərkəzinin mətbuat xidmətindən “Üç nöqtə”yə verilən məlumata görə, iyunun 12-dən 28-dək milli filmlərin nümayişi yerli tamaşaçılar və ölkəmizə gələn qonaqlar üçün pulsuz olacaq: “Kinoteatrda həftədə bir dəfə repertuar dəyişir və hər həftə eləcə də iki həftədən bir milli filmlər nümayiş olunur. Bildiyiniz kimi, bütün milli filmlərin qala gecəsi Nizami kinoteatrında keçirilir və təqdimatdan sonra kinoteatrın repertuarına daxil edilir, iki həftə yaxud da bir aydan sonra yayımlanmağa başlayır. Ölkəmizdə keçiriləcək Avropa oyunları ilə bağlı milli filmlərimizi ingilis dilində subtitr vasitəsilə turistlərə təqdim edəcəyik. Təbii ki, milli filmləri qonaqlarla yanaşı yerli tamaşaçılar da izləyə biləcəklər. Kinoteatrda iyunun 12-dən 18-dək, “Nabat”, “Çölçü”, “Girov”, “Bağlı qapı”, “Axınla aşağı”, “Hökmdarın taleyi”, “Dərvişin qeydləri”, “Qafqaza qayıdış” “Buta”, “İlahi məxluq” və s. milli filmlər nümayiş olunacaq. Bununla yanaşı sənədli və qısametrajlı filmlər, “Top həm düşər, həm qalxar”, “Qalib” və başqa filmlər də subtitrlərlə təqdim ediləcək. Milli filmlərin nümayişi tamaşaçılar və xarici qonaqlar üçün pulsuz olacaq. Oyunlar ərəfəsində hər gün saat 17:oo-da Nizami Kino Mərkəzinin iki zalında millli filmlər nümayiş olunacaq. Hər kəsi filmlərimizə baxmağa dəvət edirəm. Hər zaman eləcə də Avropa oyunlarından sonra da repertuarımızda milli filmlərə yer ayıracağıq. Hazırda “Arzuların dalınca” filmi nümayiş olunur”.

Hazırda tamaşaçıların kinoteatra gəlişi yaxşıdır: “Milli filmləri izləməyə gələn tamaşaçılar var və bu sahədə böyük irəliləyiş gedir. Hər filmin öz tamaşaçı auditoriyası var və tamaşaçılar arasında orta nəslin nümayəndələri və gənclər, tələblər çoxluq təşkil edir. Yeni tamaşçılarla yanaşı, daimi tamaşaçılarımız da var. Keçən il beş ay ərzində milli filmlərin nümayişi ilə bağlı aksiya təşkil etdik və tələbələri, məktəb şagirdlərini milli filmləri izləməyə cəlb etdik. Bu aksiyanı keçirməkdə məqsədimiz gənclərimizin yerli filmlərə olan marağını artırmaq idi. Belə ki, aksiya nəticəsində kinoteatra gələn şagirdlərin sayı çoxaldı. Filmləri izləyən məktəblilər sinif yoldaşlarına da xəbər verdilər. Beləliklə, milli film izləyicilərinin sayı çoxaldı. Filmlərə maraq yavaş-yavaş yaxşılaşır”.

 

Mətbuat xidmətindən o da bildirildi ki, yerli filmlər sırasında daha çox komedik filmlər izlənilir: “Kinoteatrımızda milli filmlər ilə yanaşı komedik filmlərin də nümayişi üstünlük təşkil edir. Düzdür,hansısa komedik film yaxşı alınmaya bilər, amma bu bütün filmlərə aid deyil. Tamaşaçılar yaxşı filmləri izləməyə gəlirlər. Xüsusilə, “My Name is İntiqam”, “Xoxan” kimi komediya janrında çəkilən filmlərin böyük izləyici auditoriyası oldu. Yay ayında film sezonu deyil, çünki şəhərdə insanlar az olur, onlar regionlarımıza və xarici ölkələrə istirahətə gedirlər. Onu da bildirim ki, yeni sezonda məşhur türk filmlərin qala gecəsi olacaq və tanınmış aktyorlar şəhərimizə gələcəklər. Əvvəllcədən filmlərin və aktyorların adını açıqlamaq istəmirəm, hazırda danışıqlar gedir. Amma qeyd edə bilərəm ki, 16 yeni filmin qala gecəsi gözlənilir”.

“28 Cinema”dan verilən məlumata görə, Avropa Oyunları ilə bağlı seans cədvəlinə hər hansı bir dəyişiklik edilməyib: “Kinoteatrımızda türk və xarici filmlər nümayiş edilir. Filmlərimiz türk, ingilis və rus dilində nümayiş edilməklə yanaşı subtitr vasitəsilə də təchiz edilib.  İngilis dilində nümayiş olunan filmlərdən, “Mümkünsüz missiya: Sürgün olunmuşlar tayfası”, “Termınator”, “Qarışqa adam” və bir çox filmlərin adını çəkə bilərəm. Türk filmlərindən isə “Yur dövrünün dünyası” və s. Avropa oyunları ilə bağlı kinoteatrımızın seans cədvəlində hər hansı dəyişiklik yoxdur, biletlərin qiyməti olduğu kimi qalır. Onu da bildirim ki, repertuarımızda balaca tamaşaçılarımız üçün cizgi filmləri də yer alır. İzləyicilərimiz arasında yerli vətəndaşlarla yanaşı əcnəbilər də üstünlük təşkil edir. Xüsusilə, artıq Avropa oyunları üçün şəhərimizə gələn turistlər “28 Cinema”ya üz tuturlar”.

 

Rəqsanə

Tarix
9 İyun 2015 [22:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin