Ana səhifə
19 Noyabr 2018

SMS reklamları da qadağan ediləcək

Vahid Əhmədov:Şirkətlər yalnız müqavilə əsasında vətəndaşları məlumatlandıra biləcəklər”

 

 

Azərbaycanda əhalinin, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin mənəviyyatına ziyan vuran açıq-saçıq reklamlar qadağan oluna bilər. Fins.az-ın məlumatına görə, bu məsələ “Reklam haqqında” yeni qanun layihəsində nəzərdə tutulub. Layihə Milli Məclisin İqtisadi Siyasət Komitəsində hazırlanıb. Bu barədə açıqlama verən layihənin müəllifi Vahid Əhmədov deyir ki, yeni qanun artıq parlamentə tövsiyyə edilib və çox güman ki, payız sessiyasında müzakirəyə çıxarılacaq. V.Əhmədovun sözlərinə görə, yeni reklam qanunvericiliyi 1997-ci ildən qüvvədə olan qanundan 70 faiz fərqlənəcək: “O vaxt bizim reklam bazarının həcmi 200 min dollar idi, indi bu rəqərm 70 milyon dollardır. Ölkə kifayət qədər inkişaf edib, yeni məhsul və xidmətlər yaranıb, odur ki, reklam qanunvericiliyinin dəyişdirilməsi də zəruridir”.
Yeni qanunda əhalinin sağlamlığı diqqət yetirilmiş məsələlərdən biridir. Millət vəkili deyir ki, qanunun qəbulundan sonra dərman preparatlarının və tibbi vasitələrin reklamına məhdudiyyətlər qoyulacaq. Bundan başqa, silah-sursatın reklamı ilə bağlı da hədlər müəyyən ediləcək. “Reklam haqqında” yeni qanunda əhaliyə göstərilən bank xidmətlərinin reklamına da toxunulub. Belə ki, qanun qəbul olunacağı təqdirdə, əhaliyə əmanət, kredit kimi məhsullarla bağlı aldadıcı məlumat verilməsi mümkün olmayacaq: “Vətəndaş reklama baxandan sonra dəqiq biləcək ki, ona nə təklif olunur”.
Nəhayyət yeni qanun qəbul edilsə, SMS reklamları da qadağan ediləcək. Belə ki,
Qanunda daha bir yenilik isə vətəndaşların mobil telefonlarına, elektron poçtlarına göndərilən reklam xarakterli ismarıclarla bağlıdır. İqtisadçı deputatın sözlərinə görə, ölkədəki şirkətlər yalnız müqavilə əsasında vətəndaşları öz məhsul və xidmətləri barədə məlumatlandıra biləcəklər.
Qeyd edək ki, SMS reklamları əhali tərəfindən böyük narazılıqla qarşılanıb. Məsələ ondadır ki, operatorların çox qəribə yanaşması var. Gah deyirlər biz müdaxilə edə bilmərik, gah da deyirlər istəyəmən deaktiv etsin. Ekspertlər hesab edir ki, çox kökündən səhv yanaşmadır. Belə çıxır ki, operator 100 şirkətlə müqavilə bağlayacaq, mənim işim 100 şirkətin sms-ni deaktiv etmək olacaq? Bunun üçün mənim ilkin razılığım olmalıdır. Yəni müqavilə bağlanmalıdır.

Məlumat üçün onu da qeyd edək ki, bu gündən başlayaraq Rusiyada mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün olmayacaq. Belə ki, reklam SMS-lərinin göndərmək üçün operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun nömrəsinə reklam tipli sms-lər göndərərsə, Antiinhisar Xidməti operatorla bağlı ölçü götürəcək. Rusiyada bu gün qüvvəyə minən "Rabitə haqqında" Qanuna edilmiş dəyişiklik belə tələb edir.

 

 

Əfsun

Tarix
22 Oktyabr 2014 [19:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin