Ana səhifə
22 Sentyabr 2018

YAP-ın namizədləri hazırdı

Ucnoqta.azxəbər verir ki, Yeni Azərbaycan Partiyasını (YAP) bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb. Bunu Trend-ə açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, partiyada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq gedir: “Artıq YAP-ın namizədlərinin və səlahiyyətli nümayəndələrinin siyahısı hazırlanıb. Bu həftənin sonunda isə patiyanın İdarə Heyətinin toplantısı keçiriləcək. Toplantıda namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tam tapacaq”.

S.Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: “Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı. Artıq namizədlərin də hamısı müəyyənləşib”.

Qeyd edək ki, MSK bələdiyyə seçkisinin dekabrın 23-də keçirilməsi barədə qərar verib. Seçkilər 1607 bələdiyyələrdə keçiriləcək.

 

Tarix
22 Oktyabr 2014 [15:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin