Ana səhifə
23 Sentyabr 2018

"Avropa haqqında düşüncələr" adlı sərgi keçiriləcək

Muzey Mərkəzində iyunun 10-da “Bakı-2015”  Birinci Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərgi keçiriləcək.

 

 

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə Azərbaycan rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna aid olan əsərləri təqdim olunur. Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və s. kimi görkəmli rəssamların adlarını qeyd etmək olar. Sərginin təşkilində əsas məqsəd Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.

Qeyd edək ki, nümayiş olunan əsərlər son 20 ildə demək olar ki, heç bir sərgiyə çırxarılmayıb. Eyni zamanda sərgidə nümayiş olunan əsərlər ayrı-ayrı müəlliflərin sərgisində nümayiş olunsa da, onlar uzun müddətli fasilədən sonra müxtəlif rəssamların seçilmiş əsərlərinin vahid kolleksiyası kimi ilk dəfə geniş tamaşaçı auditoriyasına təqdim olunur.

Tarix
9 İyun 2015 [16:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin