Ana səhifə
25 Sentyabr 2018

Təbiətin mühafizəsi və ekologiyanın qorunması prioritetdir

Vətəndaşlara fərdi mənzil tikintisi üçün həyətyanı və kənd təsərrüfatı məhsulları yetişdirmək məqsədilə icarəyə torpaq sahələri ayrılıb

 

 

 

Ucar rayonunda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində müəyyən işlər görülüb, “İDEA” İçtimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin  oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası dövründə rayonda 6160 ədəd ağac əkilib, 2015-ci ildə də bu kompaniyanın  davam etdirilməsi qərara alınıb. Rayondpa təbliğat işi də çox yaxşı quroulub. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədilə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yaradılmış təbliğat qruplarının Heydər Əliyev Mərkəzində, müəssisə və təşkilatlarda görüşləri mütəmadi olaraq davam edib, keçirilən tədbirlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından göndərilən tezislərdən geniş istifadə edilib. Keçirilən görüşlərdə bir qayda olaraq dinləyicilər Respublika Prezidentinin daxili və xarici siyasətini dəstəklədiklərini və bu kurs ətrafinda tam birləşdiklərini bildiriblər.

 Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərdə, Gənclər kafesində təşkil olunan görüş və tədbirlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda formalaşması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

 Son dövrlərdə yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 2014-cü ilin aprel-dekabr aylarında 58 nəfər rayon gəncinin nikah mərasimləri Heydər Əliyev Mərkəzində təntənəli qeyd olunub və 2015-ci ildə də bu mərasimlər davam etməkdədir.

 Rayon İcra Hakimiyyəti Təhsil Nazirliyi ilə birlikdə Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinin “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında tədrisin təşkilini təmin edib, 2014-cü ilin fevral-may aylarında bu dərslərdə rayonun 36 tam orta məktəbi üzrə 1436 şagird iştirak edib. Ucar rayonunda hərbi vətənpərvərlik ruhu da yüksəkdir. Hərbi mükəlləfiyyətlilərin ordu sıralarına çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi əlaqədar sahələrin diqqət mərkəzində saxlanılmaqla gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə təntənəli mərasimlərlə göndərilməsi rayonda  ənənə halını alıb. Ölkənin müdafiə qüdrətinin artırılmasında vətəndaşların fəal iştirakının təmin edilməsi məqsədilə il ərzində könüllülük əsasında Respublika Silahlı Qüvvələrinin  Yardım Fonduna rayondan  11510 manat vəsait köçürülüb.  

Rayonda qanun pozuntularına qarşı mübarizə də uğurlav aparılır. Bu istiqamətdə ötən il mübarizə davam etdirilib, krimonogen durumun sabit saxlanılmasına ciddi səy göstərilib. İl ərzində rayonda əvvəlki ildəkindən 22 fakt çox olmaqla 114 cinayət hadisəsi baş verib, onlardan 112-nin üstü isti izlərlə açılıb, cinayətlərin açılması 98,1 faiz olub, 2 cinayət hadisəsi bağlı qalıb. Qeyd olunan dövrdə rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi,narkotik tərkibli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib. Narkotiklərdən istifadəyə dair əvvəlki ildəkindən 1 fakt az olmaqla 5 fakt aşkar edilib, vətəndaşlardan 2 kq 567 qram narkotik vasitə olan marixuana götürülüb, bunlarla əlaqədar cinayət işi qaldırılıb. İl ərzində azyaşlılar tərəfindən cəmi 1 cinayət hadisəsi törədilmişdir ki, bu da 2013-cü ildəkindən 5 fakt azdır.

Rayonda əhalinin sosial şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində olub. Son 5 ildə bələdiyyələr tərəfindən vətəndaşlara fərdi mənzil tikintisi üçün həyətyanı və kənd təsərrüfatı məhsulları yetişdirmək məqsədilə icarəyə torpaq sahələri ayrılıb, rayon üzrə 540 nəfər sakinə 48,6 hektar həyətyanı, 21 nəfər sakinə təsərrüfat işləri məqsədilə 296,6 hektar icarəyə torpaq sahələri verilib. Toplanan vəsait yerlərdə bir sıra problemlərin həllinə kömək olub, qeyd olunan dövrdə rayonda bələdiyyə torpaqlarından və bələdiyyə mülkiyyətində olan vəsaitdən bütün hallarda qanunvericiliyə uyğun istifadə olunmasına nəzarət edilib, torpaqlardan qeyri-qanuni istifadə hallarına yol verilməyib.

 Görülmüş işlərlə yanaşı rayon üzrə bir sıra bələdiyyələr tərəfindən nöqsanlara da yol verilib, əmlak və torpaq vergilərinin toplanmasında nəzərdə tutulan proqnozlar yerinə yetirilməyib.2014-cü ilin fevral ayında rayon üzrə Qaracallı və Pirkənd bələdiyyələrində yaşayan əhalinin təşəbbüsü ilə qeyd olunan bələdiyyələr Qaracallı bələdiyyəsində  birləşmiş, beləliklə rayonda bələdiyyələrin sayı 18-dən 17-yə enib.

Vətəndaş müraciətlərinə də vaxtında reaksiya verilib. 2014-cü ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatına mərkəzi icra orqanlarından  vətəndaş müraciəti ilə əlaqədar 10 ədədi nəzarətdə, 112 ədədi şikayət olmaqla 397 ədəd ərizə daxil olub. Bu, 2013-cü ildəkindən  27 ədəd azdır. Eləcə də rayon daxilindən 65 ədədi nəzarətdə, 836 ədədi ərizə, 72 ədədi şikayət, 9 ədədi təklif olmaqla 917 ədəd,əvvəlki ildəkindən 3 ədəd az ərizə daxil olmuş, ərizələrə vaxtında cavablar verilib, qaldırılan məsələlərin həlli istiqamətində qanunauyğun iş aparılıb. Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 505 nəfərin (2013-cü ilin müvafiq dövründə 578 nəfər olub) müraciəti dinlənilib. Qəbula gələnlərin müraciətləri əsasən işlə təmin olunma, maddi yardım edilməsi, ev təmirinə köməklik, su probleminin həlli, qaz və enerji verilişi və kommunal xərclərə güzəşt edilməsi, mənzillə təmin edilmə, ünvanlı sosial yardım təyin edilməsi,ev tikməyə köməklik, əlillik dərəcəsinin təyin edilməsi, icarəyə torpaq sahəsi verilməsi, su arxının qazılması, qaz problemi və sair məsələlərlə bağlı olub, müraciətlər araşdırılıb və böyük qismi öz həllini tapıb. Müzakirə olunan dövrdə rayon İcra Hakimiyyəti Başçısının yerlərdə 44 səyyari qəbulu keçirilib, qəbullar rayonun bütün yaşayış məntəqələrini əhatə edib, qəbullarda 134 nəfərin müraciəti dinlənilib. Müraciətlər su-kanalizasiya məsələləri, yol məsələləri, qaz çəkilməsi məsələləri, maddi köməklik, kənd ərazisindən keçən su arxının kənarına yığılmış torpağın hamarlanması, telefon xəttinin təmiri, torpaq məsələsi, uşaq bağçasının tikilməsi, su təmizləyici qurğunun tikilməsi, əmlak məsələsi, kənd ərazisindən keçən magistral yolun üzərində keçid tikilməsi, pay torpaq sahəsində yerləşən drenaj quyusunun bərpasına köməklik  barədə olub. Müraciətlərin böyük əksəriyyəti qısa vaxtda həllini tapmış, 101 ədədi müsbət həll olunub.

“Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”a uyğun olaraq 2014-cü ildə də başçının sərəncamı ilə başçının aparatında iş nomenklaturu təsdiq edilib, həm aparatda, həm də nümayəndəliklərdə işlədilən kitablar rayon İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən hazırlanıb. İl ərzində sənədləşmə və kargüzarlıq qaydalarına əməl olunması nəzarətdə saxlanılıb, bununla əlaqədar müntəzəm olaraq ərazi nümayəndələri ilə seminarlar keçirilib. Rayon sakinlərinin müraciətlərinə respublikamızın qanunları çərçivəsində yanaşılıb, ”Dövlət qulluğu haqqında”Qanunun tələblərinə uyğun olaraq etik davranış normalarına əməl olunmasına ciddi çalışılıb, ehtiyat kadrlarla müntəzəm iş aparılıb.

     İdarəçilikdə müasir texnologiyanın tətbiqi diqqətdə saxlanılıb, aparatın elektron poçtu fasiləsiz olaraq fəaliyyət göstərib.   

 

 

 

Tarix
9 İyun 2015 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin