Ana səhifə
19 Yanvar 2018

Türklərdən ermənilərə sərt cavab

AŞPA-nın Strasburqda keçirilən payız sessiyasında Yunanıstandan olan deputat Teodora Bakoyannisin hazırladığı “Xristianlara və digər etnik və dini icmalara qarşı zorakılıq: İslam Dövləti adıyla tanınan terror qruplaşması tərəfindən insanlığa qarşı hədələr” adlı hesabata əsaslanan qətnamə layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub.

Ucnoqta.az xəbər verir ki, layihənin müzakirəsi zamanı Ermənistandan olan nümayəndələr Türkiyə haqqında mənfi fikir səsləndirərək, “Türkiyə İslam Dövlətinə dəstək olur” deyiblər. 

Türkiyəli nümayəndə Ömər Selvi Ermənistandan nümayəndələrinin bu fikrinə sərt şəkildə cavab verib: "Türkiyə İslam dövlətini - islami qruplaşmanı terrorçu kimi tanıyır. Hərbi aspektdə isə humanitar və siyasi ölçü götürmək baxımından suriyalılar tərəfindən silahlandırılırlar. Vacib olan silahların yalnış əllərə keçməməsidir. Türkiyənin yezidi qaçqınları bu ölkədə sığınacaq alıb və sərhədlərdə İraqın şimalından gələn insanlara humanitar yardım göstərilib. Terror qruplaşmasının 6000 üzvü qara siyahıya daxildir.”

Azərbaycandan olan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da Türkiyəli həmkarına dəstək verərək, dini terrorist qruplaşmanın islamla əlaqəsinin olmadığını vurğulayaraq, islamın sülh dini olduğunu deyib.

Sessiyanın sonunda Rusiya-Ukrayna məsələsi müzakirə olunub. Nazirlər Komitəsi sülh yolu ilə münaqişənin nizamlanması və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini əks etdirən qərarlar qəbul ediblər. Nazirlər Kabineti Ukrayna hökumətinə siyasi dəstək məqsədiylə oktyabrın 26-da Ukraynada baş tutacaq qanunvericilik seçkilərini təşkil etmək, habelə bu sahədə islahatlar üçün açıq dəstək verib.(ANS PRESS)

Tarix
3 Oktyabr 2014 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ