Ana səhifə
18 Fevral 2018

Bakıya gələn ermənilər öz xərclərini ödəyə bilər?

Azad Rəhimov: "Bunu tək Ermənistan yox, hər bir ölkə deyə bilər..."

 

 

 

Avropa Oyunlarına sayılı günlər qalmış Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Mir Şahinin "Hesabat"ının qonağı olub və oyunlarla bağlı sualları cavablandırıb. 

 

- Bu idman qurğuları, eləcə də yarışların keçiriləcəyi yerlər və idmançıların kompakt yaşayacağı ərazilər - bütün bu məkanlarda təhlükəsizlik nə qədər etibarlıdır? Yəni sizi tam qane edirmi ki, bizim qonaqlarımız özlərinin tam təhlükəsiz hiss edə bilərlər.

 

- Sözsüz ki, bu təhlükəsizlik məsələləri ən öndə gələn və ən əsas məsələlərdə biridir. İki ildən artıq bir müddətdir ki, bu sahədə iş aparılır. Bu işlərlə bağlı həm burada, həm də müxtəlif nazirliklərdə müşavirələr keçirilib. Nəticədə tam şəkildə sistem yaradılıb. Sistem isə bir neçə hissədən ibarətdir. İlk öncə mövcud kameralar, xüsusi hasarlar və xüsusi keçid məntəqələridir. Burada akkredasiyadan keçməyən heç bir şəxs yoxlanılmadan keçid məntəqəsindən keçə bilməz. Bu gün deyə bilərik ki, bizim üçün ən əsas - Atletlər kəndinin təhlükəsizliyidir ki, bu da ən yüksək səviyyədə təşkil olunub.

 

- Bildiyimizə görə xüsusi videonəzarət sistemi mövcuddur. Hətta siz etdiyiniz açıqlamaların birində dediniz ki, bu sistem o qədər mükəmməldir ki, tamaşaçı oturduğu yerdən durub harasa gedirsə sistem dərhal qeydə alır. Bu doğurdan da mümkündür?

- Bakıda həm Milli Təhlükəsizli Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də xüsusi təhükəsizlik xidmətləri tərəfində qurulan bu sistemlər ən müasir sistemlərdir. Kimsə biletlə tribunaya daxil olub yeri dəyişirsə bu ən təhlükəli məqamlardandır. Bu zaman sual yaranır, nə üçün bu insan biletində göstərilən yerdə oturmayıb, yerini dəyişib? Bu hal tək Bakıda deyil, bundan qabaq dünyada müxtəlif yerlərində keçirilən olimpiya oyunlarında da tətbiq olunub. Eşitdiyim budur. Burada ən əsası da odur ki, biletlərin tərkibində xüsusi çip var. Məhz bu bütün hərəkətləri yoxlamaq imkanı verir.

 

- İdmanda rəqabət, idmanda rəqiblik var. Ümumiyyətlə ədalətli rəqabət birinci növbədə ləyaqət məsələsidir. Amma bizim bu idmançıların arasına rəqiblərdən əlavə düşmənlər də gələcək. Düzdür onlar rəqib olacaqlar, amma statusları budur. Keçmiş düşmənlər, müvəqqəti rəqiblər bəyanat veriblər ki, yəni ermənilər nəzərdə tuturam - bu yarışlara gələrkən yarışların bütün xərclərini özləri ödəyəcəklər. Ümumiyyətlə bu mümkündür? Elə ola bilərmi ki,ermənilər gəlsin başqalarından fərqli olaraq öz xərclərini özləri ödəsin. Bu nə qədər realdır?

- Hər bir ölkə bunu deyə bilər. Burada məhdudiyyət yoxdur. Azərbaycan dövləti olaraq imzaladığımız müqavilədə, eyni zamanda Avropa Olimpiya Komitəsinin qanunda belə bir maddə yoxdur ki, kiminsə məcburi şəkildə maliyyə xərclərini bizim ödəməyimizə məcbur edək. Bunu tək Ermənistan yox, hər bir ölkə deyə bilər ki, bizim maddi imkanlarımız kifayət qədərdir xərci özümüz ödəyəcəyik. Hazırda Avropada bu cür zəngin ölkələr çoxdur. Amma bu günə qədər heç bir ölkə ondan imtina etməyib. Bu vəsait Avropa Olimpiaya Komitəsi tərəfindən ödənilir. Bizim onlarla bir müqaviləmiz var. Eşitməmişəm ki, hansı bir ölkə ondan imtina etsin.

 

- Oyunlara qədər Avropada, bir sıra ölkələrdə qara piar aparırdılar və Azərbaycanı gözdən salmaq istəyirdilər. Mən ilk növbədə düşünürəm, görəsən onların apardıqları təbliğatı hansısa bir nəticəsi oldumu? Yəni təbliğata qədər neçə ölkə, təbliğatdan sonra isə neçə ölkə bu yarışlarda iştirak etmək istəyir. Bu say azaldı, yoxsa artdı? Bu proseslərə qara piarın bir təsiri oldumu?

- Birinci gündən 49 ölkə yarışlarda iştirakını təsdiqləyib. Qara piardan sonra bu rəqən 50-ə çatdı. Ötən ilin dekabr ayında Kosova da Dünya Olimpiya Komitəsinə üzv qəbul olundu. Bundan dərhal sonra avtomatiq olaraq Kosova Avropa Olimpiya Komitəsinə daxil oldu. Avtomatiq olaraq biz də Kosovanı 49 ölkənin sırasına saldıq. Hazırda 50 ölkənin idmançıları Azərbaycana gələcək. Artıq bir neçəsi Bakıdadır. Hazırda komandaların ölkəyə gəlişi prosesi davam edir.

 

- Neçə ölkə dövlət başçısı səviyyəsində burada təmsil olunacaq?

- Prezidentlər, baş nazirlər, bəzi ölkələrin şahzadə və yaxud knyaz səviyyəsində təmsil olunacaq. İştirak edəcək ölkələrin sayı 30-dan artıqdır.

 

- Avropaya azərbaycanlıların hamısının eyni gündə getməsi mümkün deyil. Amma Azərbaycana Avropanın 16 günlüyə gəlməsi mümkün olur. Sizcə bir treninq imkanı kimi bu zaman bundan necə istifadə etməliyik? Ümumiyyətlə Avropa standartları baxımından siz bunu necə qiymətləndirirsiniz? Bu barədə tamaşaçılarımız nə deyərdiniz.

- Sözsüz ki, bu oyunlar Azərbaycan üçün bir Avropa ölkəsi kimi çox böyük bir şans gətirir. İndiyə kimi biz bəzi ölkələrdə belə bir sualla qarşılaşırıq ki, Azərbaycan harda yerləşir? Bəzi Avropa ölkələrində, paytaxtlar xaric bəzi yerlərində yaşayan sakinlərdə Azərbaycanın harda yerləşdiyi barədə məlumat yoxdur. Hazırda oyunlarla bağlı 150 kanalla müqavilə bağlanıb. Onlara yayım hüququ verilib. Bütün Avropada bu oyunlara böyük bir maraq var. Biz oyunları təbliğatı məsləsində istəyimizə çatdıq. İnanıram ki, bundan sonra bir kimsə bu sualla qarşılaşmayacaq.

 

İkinci bir fürsət isə Azərbaycanı turistlər üçün tanıtdırmaqdır. Amma bu yenə də məhdudur. Bu gün mehmanxanalarda 10 mindən artıq insan qala bilər. Mehmanxanaların birdən-birə 100 min qonağı qəbul etmək imkanı yoxdur. Təbii ki, ölkəyə gələnlər yerlərlə tam şəkildə təmin olunub.

 

- Nə qədər adam gözləyirik?

- Biz 10 mindən artıq turist gözləyirik. İdmançıları və rəsmi nümayəndə həyəti bura daxil deyil. Sonuncu olaraq bu həm bizim idmançılar, həm də idman sevənlər üçün bir imkandır. Bu yarış iİdmançılar üçün böyük bir təcrübədir.

 

- Bütün bunların hamısı çox yaxşıdır dövəltimiz, millətimiz adına. Mən bilirəm ki, burada Mehriban xanımın xüsusi rolu var. Təbii ki, Təşkilat Komitəsinin rəhbəri kimi. Görülən bütün bu işlər oyunlar başlayan kimi keçir arxa plana. Və hamı Azərbaycanın Dənclər və İdman Nazirliyinin birinci şəxsindən nəticə gözləyəcək. Hansı sahələrdə daha çox uğura bel bağlayırıq və nə qədər medal gözləyirik?

- Bu gün bizim yığmamız bütün idman növlərində iştirak edə bilir. Ona görə ki, Azərbaycan yarışlra ev sahibliyi edir. 291 idmançımız var. 291 idmançı o deməkdir ki, bizim şanslarımız qat-qat artır. Çox sevinirik ki, London Olimpiyadasında bizim yığmamız 53 nəfərdən ibarət idi. 50-dən çox olan yığma böyük komanda sayılır. Biz şad idik ki, böyük bir komanda ilə Londona gəlmişik. Amma bu gün Bakıda o tərkibdən 6 dəfə çox idmançı iştirak edir. Çalışmalıyıq ki, ilk onluqda qərarlaşaq. Bu bizi əsas hədəfimizdir.

 

 

- Təşəkkür edirəm! Minnətdaram sizə, Azərbaycan idmançılarına, eləcə də bu işin başında duran hər bir kəsə uğurlar arzu edirəm.

Çox sağ olun!

 

Tarix
8 İyun 2015 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ