Ana səhifə
19 Noyabr 2018

Əhalinin sağlamlığı diqqət mərkəzindədir

Səhiyyənin maddi-texniki bazası inkişafı etdirilib

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində UÜcar rayonunda səhiyyə sahəsində  uğurlu işlər görülüb. 2014-cü ildə respublikada səhiyyə sahəsinə göstərilən qayğı rayon səhiyyəsinin maddi-texniki bazasının inkişafı istiqamətində görülən işlərdə də özünü göstərib, Heydər Əliyev Fondunun vəsaiti ilə tikilən 118 çarpayılıq rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisi buna bariz sübutdur. Kənd İnvestisiya layihəsi əsasında Qazyan kənd həkim məntəqəsi əsaslı təmir olunub, məntəqə zəruri avadanlıqlarla təchiz edilərək tibbi proses üçün normal şərait yaradılıb. İlboyu rayonda əhalinin dispanser müayinədən keçirilməsinə , ana və uşaqlarla aparılan müalicə-profilaktika işlərinin keyfiyyətcə yaxşılaşmasına çalışılıb, pediatr və mama-ginekoloqlardan ibarət ixtisaslaşmış həkim briqadalarının müntəzəm olaraq yerlərdə olmasına, peyvəndlərin vaxtında aparılmasına diqqət artırılıb, nəticədə 1 yaşadək uşaqlar arasında cəmi 5 ölüm halı olub. Göstərilən rəqəm hər 1000 nəfər uşağa görə 2,1 promilli təşkil edir, bu da respublikanın orta göstəricisindən aşağıdır. Eləcə də 2014-cü ildə rayon üzrə bir sıra yoluxucu xəstəliklərin, o cümlədən malyariyanın qeydə alınmaması yaxşı hal kimi qiymətləndirilib.

 Qeyd olunmalıdır ki, ölkə başçısının tapşırığına əsasən 2014-cü ildə fevral ayının 17-dən may ayının 1-dək respublikada ilk dəfə keçirilən əhalinin hamılıqla dispanser müayinədən keçirilməsi işində rayon İcra Hakimiyyəti və səhiyyə işçiləri səylərini birləşdirib, yaradılmış 4 mərkəzdə 56480 nəfər tibbi müayinədən keçirilib və müvafiq tədbirlər görülüb. Anoloji tədbirin keçirilməsinə bu il də start verilmiş və bu sahədə işlərin daha mütəşəkkil aparılması təmin ediləcəkdir. İl ərzində güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəxslərə -Böyük Vətən Müharibəsi əlillərinə, şəhid ailələrinə, tək-kimsəsizlərə, Qarabağ müharibəsi əlillərinə, şəkərli, nevroloji xəstələrə pulsuz dərmanlar verilməsi davam etdirilmiş, hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilməsi tədbirləri keçirilib. Bununla yanaşı qeyd edilməlidir ki, rayon səhiyyə təşkilatlarında kadr çatışmamazlığı, başqa sözlə, 139 həkim ştat vahidindən 58-nin boş olması vəziyyətə öz təsirini göstərməkdədir.

Rayonda mədəniyyət sahəsində də önəmli işlər görülüb.  2014-cü ildə rayon əhalisinə 18 mədəniyyət evi, 8 klub, 40 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq muzeyi vasitəsilə mədəni xidmət göstərilmiş, turizmin inkişafına dəstək verilməsi məqsədilə rayonun görməli yerləri və turizm imkanları barədə buklet hazırlanaraq Respublika Mədəniyyət Nazirliyinə göndərilib. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə məktəblərin  IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” şüarı altında keçirilən turizm aksiyasında rayon üzrə 40 nəfər əlaçı və nümunəvi şagird, 28-31 avqust 2014-cü il tarixlərdə Qəbələ rayonu və  Şəki  şəhərində olmuşlar. Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə təşkil olunan bu ekskursiya rayon məktəblilərində xoş təəssürat yaratmaqla təlim və təhsillərində müsbət rol oynayacaqdır. 2015-ci ildə də rayon məktəblilərinin bu tur aksiyalarda  iştirakına dəstək veriləcəkdir.  Rayonun Mədəniyyət evləri və klublarında əhalinin asudə vaxtının təşkili məqsədi ilə tarixi və əlamətdar günlər, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar keçirilib tədbirlər şöbənin daim diqqət mərkəzində saxlanılıb və bu baxımdan dekabr ayında rayon Mədəniyyət evində yazıçı–dramaturq Cəfər Cabbarlının anadan olmasının 115 illik yubileyi münasibəti ilə keçirilən teatrlaşdırılmış tədbir daha baxımlı olmuş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Rayonda  özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi məqsədi ilə 2014-cü ilin may ayında “İstedadlar axtarırıq” devizi altında mədəniyyət evləri və klubların bədii özfəaliyyət kollektivlərinə ümumrayon baxış müsabiqəsi keçirilib.  20 iyul 2014-cü il tarixdə Şəki şəhərində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Beynəlxalq Ənənəvi Şəki Şirniyyat Festivalında mədəniyyət işçiləri də fəal iştirak edərək rayonumuzun milli mətbəx irsinə aid olan şirniyyatları nümayiş etdirmiş və festivalın  bürünc medalına layiq görülüb. İl ərzində milli-mədəni irsin qorunması və daha da inkişaf etdirilməsinə diqqət artırılıb, rayon ərazisindəki mövcud 16 tarixi-mədəniyyət abidəsinin qorunması və səliqəyə salınması işləri davam etdirilib, muzeylərin, xüsusilə son illərdə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin fəaliyyəti daha da canlandırılıb, yeniyetmə və gənclərin Mərkəzdə fəaliyyət göstərən müxtəlif dərnəklərə cəlb edilməsi səviyyəsi yüksəlib, rayon məktəbləri ilə əlaqələr daha da genişləndirilib, Heydər Əliyev Mərkəzində yaradılmış müxtəlif dərnəklər, o cümlədən xalçaçılıq, rəsm, ingilis dili dərnəkləri və internet klubun fəaliyyəti milli irsin və müasirliyin təbliği baxımından irəliyə doğru addım kimi qiymətləndirilməlidir.

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun tabeliyində olan kitabxanaların kollektivləri də son bir il ərzində işdə dönüş yaratmağa,”Kitab bayramı” və kitab müzakirələri yolu ilə  kitab təbliğini gücləndirməyə çalışıblar.

Qeyd olunmalıdır ki, rayon Mədəniyyət evi və Qazıqumlaq kənd Mədəniyyət evi istisna olmaqla rayonda fəaliyyət göstərən digər mədəni-maarif müəssisələrinin uyğunlaşdırılmış binalarda yerləşməsi keçirilən tədbirlərin səviyyəsinə ciddi mane olur.

Rayonda idman sahəsində görülən işlər də diqqət çəkir.  Rayonda idman sahəsində görülən işlər əsasən rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsi tərəfindən həyata keçirilməklə bu məqsədlə “Ucar-Pambıq” ASC-nin balansında olan stadion, 1 ədəd mini-futbol meydançası,  ümumtəhsil məktəblərindəki 34 stadion, 30 idman zalı, 114 idman qurğusundan istifadə olunub.  İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığından irəli gələn vəzifələrlə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, sərəncamı ilə komissiya yaradılıb,futbol, voleybol, basketbol, güləş, cüdo, taekvondo, yüngül atletika, karate və şahmat idman növləri olmaqla 8 klub, 131 bölmə yaradılmış, 2014-cü ilin aprel-dekabr aylarında rayonda keçirilən müxtəlif yarışlarda 2323 nəfər iştirak edib. İl ərzində rayon Şahmat məktəbinin yetirməsi Süsən Məmmədova və İradə Əhmədova İran İslam Respublikasında keçirilən 14 yaşlı qızlar arasında beynəlxalq yarışlarda müvafiq olaraq gümüş və bürünc medallara, Ayhan Cabbarlı Yunanıstanda keçirilən 7 yaşlılar arasında Avropa birinciliyində gümüş medala, Süsən Əhmədova isə 14 yaşlılar arasında bürünc medala layiq görülüblər.

Bununla yanaşı qeyd olunmalıdır ki, rayonda İdman-sağlamlıq kompleksinin inşa olunmasına ciddi ehtiyac vardır.

 

Tarix
8 İyun 2015 [20:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin