Ana səhifə
21 Sentyabr 2018

"Ebola"ya qarşı dərman!

"Ucnoqta.az" azadliq.org -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, bir neçə aya Ebola infeksiyasına qarşı yeni vaksinlər sınaqdan çıxarılacaq. ÜST rəsmisi Mariya Paul Kiyeni oktyabrın 21-də deyib ki, yanvardan başlayaraq iki vaksin Ebolanın ən çox yayıldığı Qərbi Afrikada yoxlanacaq.

Digər iki vaksinin sınağı isə gələn ilin əvvəlində epidemiya zonasından kənarda başlanır. Rəsminin sözlərinə görə, ÜST Rusiyada hazırlanan vaksinlər barədə daha çox informasiya almağa çalışır.

Hələlik bu vaksinlərin faydalı olub-olmayacağı bəlli deyil. İşə yarasa belə, epidemiyanın kökünün kəsilməsi gecikə bilər. Eboladan əsasən Qvineya, Liberiya və Sierra Leonedə 4.500-dən çox adam ölüb.

 

Tarix
22 Oktyabr 2014 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin