Ana səhifə
18 Oktyabr 2018

“Komandamız yaradıcı futbol oynaya bilmədi”

Azərbaycanın tanınmış futbol mütəxəssis Əfqan Talıbov Qol.Az saytına müsahibəsində "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"inə uduzduğu oyun (0:2) haqda sualları cavablandırıb.

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- "Qarabağ"ın İtaliya səfərindən məğlub qayıdacağını gözləyirdiniz?

- Dünənki oyun göstərdi ki, hər cür nəticəni gözləmək olardı. Qarşılaşma çox da maraqlı alınmadı. Qapılar qarşısında təhlükəli vəziyətlər yox idi. Komandaların hücum quruculuğunda kasadlıq var idi. Hesablasaq görərik ki, dünən həm "İnter", həm də "Qarabağ" "Barselona"dan daha çox ötürmə etdi. Ancaq gözəl kombinasıyaların şahidi olmadıq. Oyun meydanın mərkəzində gedirdi. Reynaldo hücumda tək qalmışdı. Ona imkan vermədilər ki, nəsə etsin. Cəmi iki qol imkanımız oldu ki, bu da rəqibin səhvindən baş vermişdi. Yəni komandamız yaradıcı futbol oynaya bilmədi. İlk hissənin əvvəlində bir qədər yaxşı təsir bağışladıq. Ancaq ikinci hissədə demək olar ki, həyəcan keçirmədik. "Qarabağ" "Sent Etyen"lə çox gözəl oyun nümayiş etdirmişdi. Düzdür, rəqiblərimizin gücü eyni deyil. Ancaq "İnter" də hazırda yaxşı günlərini yaşamır. "İnter" futbolçuları adlarına yaraşmayan ötürmələr edirdi. Buna məətəl qalırdım. Milyon dollarlıq oyunçular çox gülməli ötürmələr verirdi. Hətta sonda "İnter" futbolçuları hücum etmədi.  

 

- Bəs, rəqib "Qarabağ"ı nədə üstələdi?

- Sanki "İnter"in futbolçuları yüz faiz əmin idilər ki, qalib gələcəklər. Ancaq elə qalib gəldilər ki, onların potensialını hiss etmədik. Məncə, güclərinə qənaət edirdilər. "İnter"in sürətli hücumunu görmədim. Hesabda önə keçdikdən sonra imkan verdilər ki,  "Qarabağ" da oynasın. Çəkildilər öz qapılarına tərəf və əks hücumlara bel bağladılar. Əks hücumları isə təhlükəli alınmadı. Düşünürəm ki, "Qarabağ" bir qədər də inamlı olmalı idi. "İnter"in "Qarabağ"ı nədə üstələdiyini demək çətindir. Bərabər səviyyəli oyun oldu. Sadəcə rəqin əlinə düşən qol imkanlarından maksimum yararlandı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. 

 

- "Qarabağ"ın hücum xətti son oyunlarda inamsız təsir bağışlayır. Sizcə, "İnter"dən xal ala bilməməyimizdə bunun nə dərəcədə rolu oldu?

-  Birinci onu qeyd edim ki, Muarrem Muarrem Reynaldoya bir qədər də yaxın oynamalı idi. Çünki Reynaldoya qapıya yaxın düşməyə imkan vermirdilər. Rəqib müdafiəçiləri onu yaxşı bağlamışdı. Epizodların birində isə Reynaldo yüzfaizli qol imkanından yararlana bilmədi. Hiss olunur ki, Reynaldo tədricən qol duyumunu itirir. Daxili çempionatda da uzun müddətdir ki, qol vura bilmir. Bunlar istər-istəməz onu əsəbləşdirir, çalışır ki, özü qol vursun. Bəli, "Qarabağ"ın hücum xətti "Sent Etyen"lə oyundakı kimi inamlı deyildi. Vüqar Nadirov bir neçə dəfə boş mövqeyə çıxsa da, ona ötürmə verən olmadı. Onu da deyim ki, heç "İnter"in də hücum xətti inamlı çıxış etmirdi. Ümumiyyətlə, "İnter"in heç də deyilən kimi təhlükəli olmadığını gördük. Çumbinyo dünən meydanda olsaydı, "Qarabağ" ikiqat yaxşı oynayardı. O, hücum və müdafiə xəttini birləşdirir. Komandanı Almeyda oynadır. Ancaq o da həddən artıq ötürmə edir. Gah sağa, gah sola qaçır, qapıya zərbə haqda isə düşünmür. Yaxşı olar ki, bir qədər də irəli çıxsın. Zərbə olmayan yerdə qol olmaz axı. İstəyirlər ki, qapının içinə qədər gedib, sonra qol vursunlar. Leroy Corcun oyunu da qaneedici deyildi. Onu bir neçə dəfə təriflədik. Dedik ki, rəqib üçün təhükəli futbolçudur, cinahdan yaxşı hücumlar təşkil edir. Bəs nə oldu? O da adiləşib. Ümumiyyətlə, son vaxtlar Reynaldo və Leroy Corc azərbaycanlılar kimi oynayır. Komanda oyunu sərgiləmək yaxşıdır. Ancaq hücumda son nöqtəni qoymaq lazımdır axı. Top saxlamaq o demək deyil ki, qapıya zərbə vurmamlısan. Son oyunlarda "Qarabağ"ın futbolçuları ancaq top saxlamaqla məşğuldur. Nə qədər ötürmə olar? Qapıya zərbələr vurmaq lazımdır. Fikir verin, "Qarabağ" qrup mərhələsinin iki oyununda bir qol belə vurmayıb. Bəli, futbolu yerlə oynamaq yaxşıdır. Bu, ağıllı futboldur. Amma bu ağıllı futbolu sona çatdırmaq lazımdır. Əsas qol silahlarmız fərqlənə bilmir.  

 

- "İnter"lə Bakıda keçiriləcək cavab matçında yaxşı nəticəyə ümid etmək olar?

- İlk oyun bu haqda danışmağa imkan vermir. Çünki "İnter" oyunu mənə qaranlıq qaldı. Başa düşə bilmədim ki, bu, "İnter" tam gücü idi, yoxsa özləri belə oynadı. Rəqib futbolçularının ustalıq səviyyəsini də görmədik.  

 

- "Qarabağ"ın qrupda növbəti oyunu "Dnepr"lə olacaq. Bu görüşdən nə gözləmək olar?

- Bu, "Qarabağ"ın ən çətin oyunlarından biri olacaq. Ukrayna komandası kifayət qədər təhülkəli rəqibdir. Bu görüşdə də məğlub olsaq, qrupdan çıxmaq şansımız xeyli azalacaq. İndi isə yaxşı şansımız var. Qrupda birinci yer "İnter"indir. İkinci yer uğrunda mübarizə üçün isə bir qələbə yetər. "Dnepr"ə qalib gəlməliyik ki, qrupdan çıxmaq şansımızı artıraq. Məni ən çox təəccübləndirən BATE-nin"Atletik" (Bilbao)  üzərində qələbəsi oldu. Nədənsə bu təsadüflər bizdə olmur. Çünki biz qapıya zərbələr vurmuruq. Arzu edək ki, komandamız "Dnepr"lə oyunda qapıya zərbələri artıracaq. "Qarabağ"ın yaxşı nəticə qazanacağına inanıram.

Tarix
3 Oktyabr 2014 [18:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin