Ana səhifə
24 Sentyabr 2018

13 aptek bağlandı

Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 90 aptekdə yoxlamalar keçirilib.

 

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, bu yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub.

P. Əzizbəyov qeyd edib ki, yoxlamalar nəticəsində ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, həmin apteklərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə müvafiq cərimə protokolları tərtib edilib.

“Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir. Onların yarısı özəl, yarısı dövlət müəssisələridir”, - deyə Pərviz Əzizbəyov bildirib.

Tarix
22 Oktyabr 2014 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin