Ana səhifə
21 Noyabr 2018

Əhalinin mənzil şəraiti yaxşılaşıb

Ucar rayonun bir pilləli sistem üzrə qazlaşdırılması işləri davam etdirilir

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Ucar rayonunda əhalinin enerji daşıyıcıları və içməli su ilə fasiləsiz təminatının  yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. 2014-cü il ərzində 10 kilovoltluq elektrik verilişi xətlərinin 17 kilometri əsaslı, 16 kilometri cari, 0,4 kilovoltluq  elektrik verilişi xətlərinin 23,3 kilometri əsaslı, 12 kilometri cari, 77 ədəd transformator əsaslı və cari təmir olunub, 757 ədəd sayğac quraşdırılmış və bütün bu işlərə 69,9 min manat vəsait  xərclənib. Lakin elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulmasına başlanıb. 2014-cü ildə istehlak olunmuş elektrik enerjisinin dəyərinin yığım faizi şəbəkə üzrə 2013-ci illə müqayisədə 1,0 faiz çox olmaqla 97,6 faiz, əhali üzrə isə 5,3  faiz çox olmaqla 98,5 faiz yerinə yetirilib. Bununla belə qeyd etmək lazımdır ki, keçən əsrin 60-cı illərindən istismarda olan 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin və dayaqlarının istismara yararsız vəziyyətdə olması yüksək gərginlik ayrıcılarının işlək vəziyyətdə olmaması texniki itkilərə normadan artıq yol verilməsinə və elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına şərait yaradır. Həmçinin, xətlər üzərində yüksəkgərginlikli ayrıcıların işləməməsi qəza halları zamanı bütöv yaşayış məntəqələrinin enerji təchizatının dayandırılmasına səbəb olur.

 2014-cü ildə əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb, rayonun Bağırbəyli, Quləbənd, Alpı kəndlərinin və Qarabörk kəndinin bir hissəsinin bir pilləli sistem üzrə qazlaşdırılması işləri davam etdirilib, il ərzində 239 ədəd qaz sayğacı istismar müddətini başa vurduğu üçün yenisi ilə  əvəz olunub. Görülmüş tədbirlər nəticəsində idarə üzrə yığım faizi əvvəlki illə müqayisədə 2,5 faiz çox olmaqla 100  faiz, əhali qrupu üzrə 1,5 faiz az olmaqla 98,8 faiz təşkil edib. Bütün bunlarla yanaşı hələ də rayonun 30 yaşayış məntəqəsindən 20-si, başqa sözlə  66,7 faizi qazlaşdırılıb.

Rayonun içməli su probleminin həlli istiqamətində görülən işlər diqqət çəkir. Keçən il əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün müxtəlif diametrli polietilen borularla 57 km  uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılmış, hazırda rayonun Rəstəcə kəndində tutumu 3000 kubmetr olan 1 ədəd su anbarının tikintisi aparılır. Layihəyə uyğun olaraq Ucar şəhərində 114 km şəhərdaxili su  şəbəkəsinin 109 kilometrlik hissəsində işlər başa çatıb, 4608 evə birləşmə verilib. İçməli su və kanalızasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə 4846 ədəd smart kart tipli su sayğacları qurulub. Görülən işlərin nəticəsində  2014-cü ildə Ucar Sukanal idarəsi  üzrə 660 min 499 kubmetr və ya 210 min 733 manat dəyərində su satılıb, 221 min 763 manat və ya 105 faiz vəsait toplanması təmin edilib.  Rayonun 30 yaşayış məntəqəsindən 10-nun içməli su təminatının yaxşılaşdırılması təmin edilsə də 20 yaşayış məntəqəsinin içməli su ilə təmin olunması üçün tədbirlər həyata keçirilib. 2014-cü il ərzində rayon üzrə 27 mənzil özəlləşdirilib, özəlləşdirilən mənzillərin ümumi sahəsi 1442,4 kvadratmetr olub.

Ucar rayonunda əhalinin yalnız elektrik enerjisi, su ilə ilə təchizatı yaxşılaşmayfıb, həm də mənzil şəraiti yaxşılaşıb. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün il ərzində 10 bələdiyyə tərəfindən 27 nəfərə 2,62 ha həyətyanı torpaq sahəsi satılıb. 2014-cü il ərzində 3 ədəd dövlət obyekti, 7 obyektin isə torpaq sahələri özəlləşdirilmiş və bu özəlləşdirmədən  dövlət büdcəsinə 53,9 min manat vəsait daxil olub.

 Keçən dövr ərzində rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən 143,5 min manatlıq, rayon Mənzil-İstismar Təmir-İstehsalat sahəsi tərəfindən isə 66,9 min manatlıq xidmət göstərilib. 

Ucar rayonunda təhsilə də xüsusi diqqət verilir. Rayon məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində olub, dövlət vəsaiti hesabına Ramal kəndində 180 şagird yerlik, Müsüslü kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları, eləcə də rayon Təhsil şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib, Qazıqumlaq kənd 2 saylı tam orta məktəbi Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir olunub, bununla da son 11 ildə rayonda tikilən ümumtəhsil məktəblərinin sayı 18-ə çatıb, cari ildə istifadəyə verilmiş məktəblərə 477 min 100 manatlıq zəruri avadanlıq və texniki vasitələr verilib. Rayon üzrə məktəblərin əksəriyyəti, başqa sözlə 45 məktəbdən 31-i internet şəbəkəsinə qoşulub, kompüterlərlə təminat yaxşılaşdırılıb, fənn laborotoriyaları və kitabxanaların fəaliyyəti gücləndirilib. Rayonda 100 yerlik yeni uşaq bağçası və körpələr evi binasının təməli qoyulub, binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. 2014-cü ildə rayonda təhsilin səviyyəsinin qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb, fənn olimpiadalarının, bilik yarışlarının intensivləşdirilməsinə diqqət artırılıb, ayrı-ayrı fənlərin tədrisi vəziyyəti rayon Təhsil şöbəsində vaxtaşırı müzakirəyə çıxarılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ildə rayon üzrə buraxılış imtahanlarında keyfiyyət göstəricisi  əvvəlki ildəki 59 faizdən 63 faizə qalxıb. Eləcə də ali məktəblərə qəbul olunan rayon məzunlarının sayı da əvvəlki ildəki göstəricidən 25 nəfər çox olub və 2014-cü ildə tələbə adı qazanan məzunların sayı 160 nəfər olub. Son illərdə qabaqcıl təhsil işçilərinin əməyinin qiymətləndirilməsi təhsilin keyfiyyətinə dayanıqlı təkan verməkdədir. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə şəhər 4 saylı tam orta məktəbinin direktoru Elmira Soltanovanın “Tərəqqi”medalı ilə təltif olunması müəllim əməyinin qiymətləndirilməsinə yüksək qayğının təzahürü kimi rayonun pedaqoji kollektivləri tərəfindən sevinc və minnətdarlıqla qarşılanıb.

2014-cü ildə məktəblərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prioritet təşkil etmiş, “Cəsurlar”, “Şahinlər” hərbi idman oyunlarında bütün məktəblərin iştirakı təmin edilmiş, bir sıra şagirdlər fənn olimpiadalarının qalibləri  kimi respublika turunda fəal iştirak etmiş və fərqləndirici yerlər tutub. 2014-cü ildə məktəblərimizdə olan vakant yerlərin doldurulmasına daha ciddi yanaşılıb, ehtiyac duyulan fənlər üzrə müəllim yerləri barədə dəqiq məlumat hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunub, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmiş 10 nəfər müəllim rayon məktəblərində dərs yükü ilə təmin olunub,rayon mərkəzindən 20 kilometrlik məsafədə yerləşən məktəblərdə işləyən gənc müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq olunub.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı” təkcə təhsil işçilərinin deyil, rayon İcra Hakimiyyətinin qarşısında da təhsilimizin gələcəyinin dünya və Avropa standartları  səviyyəsində olması istiqamətində səylərin birləşdirilməsi vəzifəsini qoyub. Bununla yanaşı il ərzində bir sıra məktəblər təlim-tərbiyə işlərini mövcud imkanlardan aşağı səviyyədə qurub, rayon üzrə keçirilən tədbirlərdə passiv iştirak etmiş, Yuxarı Şilyan, Bağban, Bərgüşad kənd 1 və 2 nömrəli, Alpout kənd  2 nömrəli tam orta məktəbləri zəif nəticə göstərən məktəblər sırasında olub.   Alpout kənd 2 nömrəli tam orta məktəbinin 15 nəfər məzunundan ali məktəblərə 1 nəfərin də qəbul olunmaması təəssüf doğurur. Bu vəziyyət  zəif nəticə göstərən bu cür məktəblərlə əsaslı iş aparılmasını tələb edir.

 

Tarix
5 İyun 2015 [21:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin