Ana səhifə
20 Noyabr 2018

“Otaq yoldaşım məni ərimdən ayırdı”- Keyxanım

Musiqili Komediya Teatrının aktrisası, Keyxanım kimi tanıdığımız aktrisa şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Ucnoqta.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Zərif qəhrəman” verlişində aktrisa vaxtilə otaq yoldaşı tərəfindən ailəsinin dağıldığını deyib: “8 ildir ki, həyat yoldaşımdan ayrılmışam. 23 yaşım vardı, bir yerdə işlədiyim bir oğlan tərəfindən sevildim. Bir il yarım nişanlı qaldıq, sonra toyumuz oldu. Hər şey çox yaxşı idi, xoşbəxt yaşayırdıq. Bir ildən sonra ildırımlar çaxdı, hər şey alt-üst oldu. Boşandıq. Çünki gedən adamı yola salmaq lazımdır. İndi buna görə heç peşman da deyiləm”.


Amma aktrisa buna görə zamanında çox depressiyaya düşdüyünü bildirdi: “Demək olar ki, özümə gələ bilmirdim. Çox pis depressiya yaşadım. Özümə fikir vermirdim, sanki həyat mənim üçün mənasını itirmişdi. Müəllimim, xalq artisti Afaq Bəşirqızı məni, demək olar ki, silkələdi, dedi ki, bir özünə bax, gör nə haldasan. Yaxın rəfiqəm aktrisa Tünzalə Əliyeva mənə həmin vaxt bir mesaj yazdı, indi də onu saxlayıram. Dostların köməyi nəticəsində ayağa qalxdım və keçmişin üzərindən xətt çəkdim”.


Hazırda özünü xoşbəxt saydığını deyən aktrisa həyatını dağıdan o qadına da minnətdar olduğunu gizlətmədi: “Mən indi o qadına çox sağ ol deyirəm ki, bizi ayırdı. O qadın mənim otaq yoldaşım idi”. 

 

Tarix
22 Oktyabr 2014 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin