Ana səhifə
16 Oktyabr 2018

“Pasient qorxaq ola bilər, həssas ola bilər, amma kaprizli olmaz”- Müsahibə

Plastik və Estetik cərrah Op. Dr. Günel Bayramlı: «Ancaq ciddi və real düşüncəli insanlar estetik pasient ola bilərlər»

 

 

“Pasient qorxaq ola bilər, həssas ola bilər, amma kaprizli olmaz”

 

Plastik və Estetik cərrah Op. Dr. Günel Bayramlı Azərbaycan Tibb Universitetini bitirib. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Cərrahiyyə ixtisası üzrə internatura kursu keçib. Daha sonra, Türkiyə Cümhuriyyəti Ankara Qazi Universiteti Tibb Fakultəsinin Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə kafedrasında plastik cərrah olaraq çalışıb. Həm Türkiyədə, həm də Azərbaycanda yüzlərlə əməliyyatları uğurla reallaşdırıb.

Op. Dr. Günel Bayramlı Türk Plastik Rekonstrüktif ve Estetik Cerrahi Derneğinin ulusal qurultaylarının daimi iştirakçısıdır. Həmçinin, Bakıda keçirilən “III Azərbaycan Plastik Cərrahiyə Günləri və İSAPS kursu” kimi beynəlxalq və yerli seminar-tədbirlərin iştirakçısı olub. Hazırda, Azərbaycanda Plastik və Estetik cərrah olaraq əməliyyatlarını davam etdirir.

 

Op. Dr. Günel Bayramlı: “Plastik və Estetik əməliyyatların özəlliyi ondan ibarətdir ki, pasient bütün informasiyaları cərrahından əldə edə bilər. Həm bizim, həmdə pasientin informasiya mübadiləsi etməyə böyük ehtiyacı var.”

 

- Plastik-estetik əməliyyatlar öncəsi insanlarda qərarsızlıq müşahidə olunur. Bunun əsas səbəbi əməliyyatın uğursuz bitməsi ehtimalı və ya əməliyyatdan bir müddət sonra bədənin əməliyyatı qəbul etməyib həmin hissədə dəyişikliyin olmasıdır. Deyilənlərini əksini izah etmək üçün, insanlara nələr söyləyə bilərsiz?

- Plastik estetik əməliyyatlar nə qədər insanları gözəllişdirməyə xidmət etsələrdə adı üzərində bunun adı əməliyyatdır. Bütün əməliyyatlarda olduğu kimi estetik əməliyyatlarında riski, ağırlaşması və uğursuz nəticəsi ola bilər. Bir cərrah olaraq bunları gizlətmirik. Hər növ əməliyyata girən pasientlərimizə bunu xatırladırıq. İnsanlarda olan qərarsızlığı çox vaxt bu yöndə müşahidə edirəm. Zənnimcə, əgər əməliyyatın alternativi varsa, mütlək şəkildə əməliyyatdan qaçmaq lazımdır.  Əgər əməliyyat şərtdirsə o zaman ona ciddi hazırlıq görmək lazımdır. Bura cərrahınızla konsultasiya, anestezioloji baxış və əməliyyat öncə tam analiz daxildir.

- Plastik-estetik cərrahiyədə hansı innovativ metodlardan istifadə edirsiniz?

- Günümüzdə estetikada olan yeniliklər plastik estetik əməliyyatlara alternativ əməliyyatsız müdaxilələr təqdim edir. Bir həkim olaraq vəzifəmiz pasientə risksiz maksimum fayda vermək olduğundan, durmadan üzərimizdə çalışıb bu yeniliklərdən agah olmalıyıq. Bunun üçün də, xarici ölkələrdə olan konfranslara qatılırıq, oradakı plastik cərrahların təcrübələrindən faydalanırıq.  Beləki, üz nahiyəsinin əməliyyatsız Amerikadan gətirilmiş özəl iplərlə dartılması, 6 ay müddətində üz dərisinin keyfiyyətini yaxşılaşdırıb ona eyni zamanda liftin verən Depo vitamin iynəsi və s. kimi yeniliklərimiz var. Cərrahi əməliyyatlarda olan yeniliklərə gəldikdə isə, tərcihim daha cox təcrübədən keçmiş, həqiqətən faydalı olan və bütün ağırlaşmaları tam öyrənilmiş, texnikalardan faydalanmaqdır.

 

- Siz insanlarda plastik-estetik cərrahi əməliyyatlardan öncə qızıl orta necə müəyyənləşdirilir. Bədənin həmin hissəsinin qüsurunun həcmi aradan qaldırılması bədənin ümumi konsepsiyası pozmaması sizin tərəfinizdən necə müəyyənləşir?

- Bizdən əvvəlki cərrahların təcrübələri, apardıqları araşdırmalar və bununla bağlı yazdığı kitablar var. Bu kitablarda bədənin ümumi konsepsiyası pozulmadan estetik qüsurların aradan qaldırılması yollarını oxumuş olduğumuzdan bu bilgilərin bir hissəsi ilə pasientidə məlumatlandırırıq və konsultasiya zamanı qızıl ortanı müəyyənləşdiririk. Düşünürəm ki, əməliyyat zamanı olunacaq bütün müdaxilələr əməliyyatdan öncə pasientlə müzakirə olunmalıdır ki, pasient  narkozdan ayılandan sonra  sürpirizlərlə qarşılaşmasın. Bütün ola biləcək nəticələr barəsində əməliyyatdan əvvəl pasient məlumatlı olmalıdır. Plastik və Estetik əməliyyatların özəlliyi ondan ibarətdir ki, pasient bütün informasiyaları cərrahından əldə edə bilər. Həm bizim, həmdə pasientin informasiya mübadiləsi etməyə böyük ehtiyacı var.

 

- Kaprizli pasientlərin kaprizlərini yerinə yetirirsiniz və ya ortaq məxrəcə gəlirsiniz? Onlarla necə anlaşırsınız?

- Əslində kaprizli pasientim yoxdur. Bu əməliyyatdır, ciddi müdaxilədir, oyun deyil. Kaprizlər evdə olur. Əgər qarşımdakı insan kapriz edirsə, deməli o estetik  əməliyyat olmağa hələki hazır deyi. Belə insanları əməliyyata almıram. Bu əməliyyatların həyati göstərişi yoxdur. Bu əməliyyatlar üçün ancaq ciddi və real düşüncəli insanlar estetik pasient ola bilərlər. Pasient qorxaq ola bilər, həssas ola bilər, amma kaprizli olmaz. 

 

- Əməliyyat sonrası xəstələrlə təmasınız hansı səviyyədədir. Əməliyyat sonrası terapiya və konsultasiyalarınız əməliyyatın xərclərinə daxildirmi?

- Əməliyyatdan sonra həftənin 7  günü, günün 24 saatı pasientlərimlə hər an təmas yarada bilərəm. Bunun üçün lazımi sistemi otuzdurmuşuq. Pasientlərimiz istədikləri vaxt həkimini tapıb ondan söz soruşa bilərlər. Çünki verəcəkləri sualın ən doğru cavabı həkimdədir. Əməliyyatdan sonrakı dövr pasientin həkimə  cox ehtiyac duyduğu perioddur. İş əməliyyatla bitmir, bu periodda pasient həmişə həkimini yanında hiss etməlidir. Əməliyyatdan sonrakı əməliyyatla bağlı konsultasiyalar və sarğılar əməliyyat xərclərinə daxildir.

 

- Plastik-estetik cərrahiyə çox geniş çərçivəni əhatə edir, bu səbəbdən də bilmək istərdik, hansı tip əməliyyatları hazırda edirsiniz və hansıları etməyi planlaşdırırsınız?

- Profilim daha çox estetik əməliyyatlardır. Bir qadın olaraq gözəlliyi daha yaxşı duyduğumdan bu yöndə insanlara daha faydlı ola biləcəyimi düşünürəm. Bizim etdiyimiz əməliyyat növlərinə “Burun estetikası”, “Palaz qulaq”, “Göz qapağı estetikası”, “Qaş qaldırma”, “Süd vəzi kiçildilməsi”, “Süd vəzi böyüdülməsi”, “Süd vəzi dikləşdirmə”, “Yağ alma - Liposaksiya”, “Bu nahiyyəsinin dartılması”, “Piy toxunması ilə həcm artırma”, “Qarın dartılması”, “Qol dartılması”, “Xallar”, və “Dodaqların korreksiyası” daxildir. Gələcəkdə isə paralel olaraq Bariatrik (Mədə ki?iltmə) cərrahiyə sonrası Plastik cərrahiyə ilə məşğul olmağı planlaşdırıram.

- Plastik-estetik cərrahiyədən başqa hansı müalicə cərrahiyələrini həyata keçirirsiniz?

- Sözün düzü, işimin adı plastik estetik cərrahiyədir. Tibbin başqa sahələri ilə məşğul olmuram. Amma plastik estetik sahənin həm əməliyyatı, həmdə əməliyyatsız müdaxilələrini həyata ke?irirəm.

 

- Azərbaycanda az sayda plastik-estetik cərrah mövcuddur. Bunun inkişafı yolunda fikirləriniz...

- Azərbaycanda plastik estetik cərrahiyyə tibbin başqa sahələrinə görə ən gəncidir. Bu sahə həm kafedra olaraq, həm ictimai fəaliyyətlər baxımından başqa tibbi sahələrə görə yeni addımlar atır. Plastik cərrah sayısı az olsada çoxusu məktəb keçmiş yaxşı cərrahlardır. Düşünürəm ki, qısa bir zamanda plastik cərrahiyyənin Azərbaycanda inkişafı yönündə xeyli uğurlarımız olacaq. Ən azından bu cərrahlardan biri kimi adımnan deyə bilərəmki  plastik estetik cərrahiyyənin akademik inkişafi yolunda cox həvəsliyəm və yeni idealarla fəaliyyətimi davam etdirmək istəyirəm.

- Bildiyimiz qədəri ilə Türkiyədə təhsil almısınız və orada iş təcrübəniz var. Lakin yeniliklərin əldə olunması və bilik-bacarıqlarınızın təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq plastik-estetik cərrahlarla əməkdaşlığınız hansı səviyyədədir?

- Xarici ölkələrin qabaqcıl klinikalarının bir çox  plastik cərrahları ilə dostluq münasibətindəyik. Bu münasibətlər hesabına daima yeniliklərdən xəbərdarıq . Eyni zamanda Azərbaycandakı işlərimizi axsatmamaq şərti ilə ildə bir neçə dəfə xaricdə ke?irilən konfranslarda iştirak edib yeniliklərdən agah oluruq.

 

 

 

Əfsun

Tarix
5 İyun 2015 [12:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin