Ana səhifə
21 Noyabr 2018

Daha bir Ebola xəstəsi sağaldı

Amerikalı həkimlər Liberiyada Ebola virusuna yoluxmuş NBC teleşirkətinin operatoru Aşoka Mukponun tamamilə sağaldığını bildiriblər. Ucnoqta.az Trend-ə istinadla  xəbər verir ki, bu barədə “İnterfkas” məlumat yayıb.

 

Xəstənin müalicə kursu keçdiyi Nebraska ştatındakı tibbi mərkəzin həkimləri bildirirlər ki, Mukpoya artıq çərşənbə günü evə qayıtmağa icazə veriləcək.

Mukpo bildirib ki, sağalması ilə bağlı xəbərdən şaddır, lakin bununla bağlı bir qədər narahatlıq keçirir: "Eboladan sağalmaq həqiqətən qəribə hissdir. Hədsiz sayda insan mənim qədər şanslı deyil. Sağ qaldığıma görə xoşbəxtəm".

Yeri gəlmişkən, ABŞ Milli Səhiyyə İnstitutu bir müddət əvvəl Liberiyadan gətirilən və az sonra vəfat edən pasiyentin müalicəsi zamanı Ebola virusuna yoluxan tibb bacısı Nina Femin vəziyyətinin yaxşılaşdığını bəyan edib: "Nina Femin vəziyyəti kafidən yaxşıya doğru dəyişir. Başqa təfərrüatlar hələlik yoxdur".

Dünən sentyabrda Syerra-Lionda Ebola virusuna yoluxan amerikalı həkimin Atlantadakı Emori Universiteti yanındakı xəstəxanada uğurla müalicə kursu keçdiyi və altı həftədən sonra evə yazıldığı məlum olub.

 

Tarix
22 Oktyabr 2014 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin