Ana səhifə
24 Sentyabr 2018

Qarın ağrısı ilə həkimə getdi, uşaq doğdu

Qarın ağrısı ilə xəstəxanaya gedən qızın əkizləri oldu.

 

Ucnoqta.az xəbər verir ki, bu qəribə hadisə Amerikada baş verib. 
Belə ki, Ayova ştatında yaşayan Şelbi Maqnat adlı qız özünü pis hiss edib. O, həkimə müraciət etməli olub. Həkimin dediklərindən isə şoka düşüb. "Əzizim, siz 6 aylıq hamiləsiniz" sözlərini eşidən qızın vaxtından əvvəl doğuş sancıları başlayıb. 

"Məni sağ tərəfimdəki ağrılar narahat edirdi. Xəstəxanaya getdim və həkimlər məni ultrasəs müayinəsinə göndərdilər. Orda isə əkizlərə hamilə oduğumu eşitdim". 

Vaxtından öncə doğulan gözlənilməz körpə qızlara Ava və Anna adı verilib. 
Onların çəkisi 1,8 və 1,3 kq olub. 

Vaxtından əvvəl doğulan körpələrin vəziyyəti yaxşıdır və onlar yaxın günlərdə evə buraxılacaqlar.(ANS PRESS)

Tarix
22 Oktyabr 2014 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin