Ana səhifə
13 Noyabr 2018

Yaponiya Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Yaponiya dəniz özünümüdafiə qüvvələrinin yeni rəhbəri gələn həftə Rusiyanın dəniz donanması ilə birgə təlimlər keçirmək niyyətini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə dəniz özünümüdafiə qüvvələrinin yeni qərargah rəisi Tomohişa Takei oktyabrın 21-də keçirdiyi mətbuat konfransında məlumat verib. AzərTAc-ın məlumatına görə T.Takei bildirib ki, dəniz quldurları ilə mübarizəyə və axtarış-xilasetmə işlərinə həsr olunacaq təlimlər oktyabrın 26-da və 28-də Vladivostok yaxınlığında keçiriləcək.
Bu təlimlər 1998-ci ildən başlayaraq demək olar ki, hər il təşkil olunur. Gələn həftə keçiriləcək təlimlər isə Ukrayna böhranı kəskinləşəndən sonra təşkil edilən ilk belə tədbir olacaq.
T.Takei deyib ki, Rusiya ilə gərginliyin yaranmasına imkan vermək olmaz və bu baxımdan daimi əlaqələrin saxlanılması zəruridir.

Tarix
22 Oktyabr 2014 [12:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin