Ana səhifə
19 Sentyabr 2018

Neft nəvaxtadək ucuzlaşacaq?

"Ucnoqta.azbildirir ki, neft bazarı iştirakçıları “qara qızıl”ın böyük həcmdə təklifi səbəbindən qiymətlərin ucuzlaşmasından narahatdır. Artıq gələn ildən vəziyyət bir qədər dəyişə bilər. AzərTAc-ın  “Vestifinance” saytına istinadla verdiyi xəbərə görə, analitiklər qiymətlərin aşağı düşməsini neftin böyük həcmdə istehsalı ilə izah edirlər.

Sentyabr ayında dünyanın iri neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bazarda öz yerini qoruyub saxlamaq üçün hasilatı 0,5 faiz artıraraq gündə 9,65 milyon barrelə çatdırıb.
Bundan başqa, ABŞ-ın neft istehsalını artırması da qiymətlərə öz təsirini göstərir. Birləşmiş Ştatların Energetika Nazirliyinin məlumatına görə, hasilat 2011-ci ildən bəri 47 faiz artaraq sutkada 5,7 milyon barreldən 8,4 milyon barrelə çatıb. Bu artımın 2020-ci ildə pik həddə çatacağı və sutkada 9,6 milyon barrel olacağı ehtimal edilir ki, bu da ABŞ-ı qlobal neft ixracatçısına çevirəcək.
Sutkada 29,5 milyon barrel neft istehsal edən OPEC gələn il tələbatın sutkada 1,19 milyon barrel artacağını, bununla yanaşı hasilatın 300 min barrel azalacağını proqnozlaşdırır. Lakin enerji balansında proqnozlaşdırma problemləri də yaşanır. Bu, əsasən Liviya, İraq və İranda istehsalın qiymətləndirilməsində yaranan çətinliklərlə bağlıdır. Liviya hökuməti neft istehsalının sutkada 800 min barrelə çatdığını bildirsə də, bəzi yataqlar hərbi əməliyyatlar səbəbindən təhlükə altındadır. Səudiyyə Ərəbistanının əsas rol oynadığı OPEC-ə daxil olan bu üç ölkə ümumilikdə sutkada 7 milyon barrel neft istehsal edir (İran 3 milyon, İraq 3,2 milyon, Liviya 0,8 milyon barrel). Buna görə də həmin ölkələrin istehsal həcmindəki dəyişikliklər dünya neft bazarına əhəmiyyətli dərəcədə təsir edə bilər.
Liviya və İraqda müharibənin nə qədər davam edəcəyini, Qərblə İran arasında münasibətlərin necə dəyişəcəyini qabaqcadan demək çətindir. Sanksiyaların mümkün zəifləməsi İranın daha çox neft ixrac etməsinə şərait yarada, bu da mövcud balansı poza və qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər. Analitiklər xatırladırlar ki, OPEC ölkələri son dəfə neft istehsalının həcmini 2008-ci ildə qiymətlərin 147,27 dollardan 32,40 dollara düşməsinə səbəb olan dünya maliyyə böhranı fonunda sutkada 2,46 milyon barrelə qədər azaltmışdılar.
Şərq qeyri-sabit regiondur, yeni iğtişaşların baş verəcəyi yeri və onların miqyasını təyin etmək, demək olar, mümkünsüzdür. Bu kimi planlaşdırılmamış itkilər də gələcəkdə neft qiymətlərinin dəyişməsində böyük rol oynaya bilər.
“Vestifinance” çox ehtiyatla belə bir proqnoz verir: bütün proseslərin yekunu olaraq 2-3 ildən sonra neftə tələbatın təklifi üstələyəcəyi gözlənilir.

Tarix
22 Oktyabr 2014 [20:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin