Ana səhifə
25 Sentyabr 2018

Rejissor Ağakişi Kazımovun 80 yaşı tamam olur

Mədəniyyət və Turizm Nazirliyi xalq artistini mükafatlandırıb

 

 

 

Mədəniyyət və Turizm Nazirliyi teatr sənəti sahəsindəki xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımovu mükafatlandırıb. Xalq artistinin 80 illik yubiley gecəsi 2015-ci il oktyabrnda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

A.Kazımov 1935-ci il iyun ayının 28-də anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyoru" fakültəsində ali təhsil alıb. 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrında baş rejissor göndərilmiş sənətçi 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Rejissorluq" fakültəsinə daxil olub.

1969-1970-ci illərdə A.Kazımov əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman) - Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski) - Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər.

Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

 

 

Fidan

Tarix
4 İyun 2015 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin