Ana səhifə
20 Sentyabr 2018

Kənd təsərrüfatı Ucar rayonun aparıcı sahəsidir

Pensiyaçılara 19,1 milyon manat vəsait ödənilib

 

 

 

Ucar rayonu əsas kənd təsərrüfatı rayonlarından biridir.  Rayonda bu sahənin inkişaf etdirilməsi üçün fermerlərə hər cür dəstək verilir. Dövlət Başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq il ərzində əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi çərçivəsində rayon üzrə 7454 nəfərə  21 min 102 hektar əkin sahəsi üçün 864 min 106 manat vəsaitin plastik kart vasitəsi ilə ödənilməsi təmin edilib, 2015-ci ilin məhsulu üçün əkilmiş buğda və  çəltik  əkinlərinə görə 4 min 301 hektar sahəyə görə 172 min 70 manat vəsait ayrılıb.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində 2014-cü il ərzində 620 baş iri buynuzlu heyvan süni yolla mayalandırılmış, 563 baş cins bala alınmışdır. İl ərzində mal-qaranın baş sayı 260 baş artaraq 114 min 4 başa çatdırılıb. Ümumilikdə 2014-cü ilidə rayonun təsərrüfatlarında 5016 ton ət, 38 min 359 ton süd, 19 milyon 607 min ədəd yumurta istehsal olunubki, bütün bunlar 2013-cü ildəkindən coxdur. 2014-cü  ilin məhsulu üçün əkilmiş 12 min 106 hektar taxıl sahəsindən 26 min 731 ton məhsul toplanmış, keçən illə müqayisədə 410 ton çox olmaqla hər hektardan məhsuldarlıq 22,1sentner olub. 2015-ci ilin məhsulu üçün 11 min 671 hektar sahədə taxıl əkilib, hazırda taxıl əkini  sahələrinə aqrotexniki qulluq olunur.

  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı”nın  həyata  keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi üçün Türyançay çayı üzərinə SNP-500/10 su nasosu quraşdırılıb, 1300 hektardan artıq torpaq sahəsinin suvarma suyu ilə təchizatı problemi aradan qaldırılıb.

İl ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə rayon “Aqroservis” filialı tərəfindən 1000 hektar sahədə taxıl biçini, 700 hektar sahədə şum, mala, ot biçini və digər işlər görülüb. Taxılın vaxtında və itkisiz yığılması üçün müvafiq texniki və digər zəruri tədbirlərin görülməsi üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları arasında maarifləndirmə işinin nəticəsi olaraq fiziki şəxslər tərəfindən lizinq yolu ilə 8 ədəd Sampo, 1 ədəd Klass markalı taxılbiçən kombayn və digər kənd təsərrüfatı texnikaları alınıb. 2014-cü ildə rayonun ayrı-ayrı fermerləri tərəfindən Ucar “Aqroservis” filialında işlədilmiş 5 ədəd əlavə kombayn, bundan başqa lizinq yolu ilə 11 ədəd yeni traktor, 11 ədəd kotan, 4 ədəd taxılsəpən və digər kənd təsərrüfatı alətləri alınıb. Bu güzəştlər rayonda lizinq yolu ilə 82 nəfər sahibkara satılıb. 200-ə yaxın kombayn, traktor, maşın və mexanizmlər, kənd təsərrüfatı alətləri üzrə təxminən 1 milyon manatadək, satılmış 237,8 ton gübrə üzrə isə 61760 manat vəsaitin dövlət tərəfindən bağışlanması deməkdir.

2015-ci ilin möhtərəm Prezidentimiz tərəfindən “Kənd Təsərrüfatı ili”elan edilməsi ölkəmizdə bu sahəyə verilən önəmi göstərməklə bərabər, kənd təsərrüfatı sahəsində irəliyə doğru bir addım olacağı şübhəsizdir və bu yolda bizi daha gərgin işlər gözləyir.

Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı Dövlət Sosial yardımı haqqında” 16 noyabr 2005-ci il tarixli Fərmanı və Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” 07 fevral 2006-cı il tarixli Qanununa uyğun olaraq 2014-cü ildə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1453 nəfər müraciət  edib, onlardan 1310 nəfərinin sənədləri  qeydiyyata  alınıb, 1064 ailənin 5137 nəfər üzvünə Ünvanlı sosial yardım təyin olunub və 2 milyon 58,9 min manat vəsait ödənilib. Hesabat dövründə mərkəz tərəfindən 2510 nəfər sosial müavinət və kompensasiya alan ailəyə, 116 nəfər şəhid ailəsinin 154 nəfər ailə üzvünə, 278 nəfər Prezident təqaüdü alan müharibə əlilinə, 162 nəfər tək və kimsəsizə xidmət göstərilib. Hazırda rayonda 50 nəfər Qarabağ müharibəsi əlili,10 nəfər şəhid ailəsinin üzvü, 4 nəfər Çernobıl qəzası əlili mənzil növbəsindədir.  2014-cü ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda 6 nəfər Qarabağ Müharibəsi əlili üçün  fərdi evlərin tikintisinə başlanılıb.

 Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2011-2015-ci illər)”nın həyata keçirilməsini təmin etmək üçün rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı və “Ərazi Məşğulluq Proqramı” təsdiq edilib, icrası ilə əlaqədar bir sıra işlər görülüb. İl ərzində rayon Məşğulluq Mərkəzinə 371 nəfər işsiz vətəndaş müraciət etmiş, bunlardan 269 nəfəri təqdim olunmuş boş (vakant) iş yerlərinə göndəriş alıb və onların hamısı daimi işlə təmin olunub. İl ərzində işlə təmin edilməsi mümkün olmayan vətəndaşlardan 5 nəfərinə işsizlik müavinəti təyin olunub.  2014-cü ilin sentyabr ayında keçirilmiş Əmək yarmarkasına 19 müəssisə və təşkilatdan 168 boş iş yeri təqdim olunmuş, 50 nəfərə göndəriş verilmiş və onlar daimi işlə təmin olunub. Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi üçün 10 müəssisə və təşkilatda 16 kvota yeri ayrılıb.

2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirib, hesabat dövründə  435 nəfərə yeni əmək pensiyası təyin olunub, cəmi 10201 nəfər pensiyaçıya xidmət göstərilməklə, onlara 19,1 milyon manat vəsait ödənilib. Rayon əhalisinə göstərilən poçt və telefon rabitəsi xidmətinin  daha da yaxşılaşdırılması üçün nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq işlər davam etdirilib. Əhaliyə göstərilən rabitə və internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunmuş, Ucar Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı təmir olunmuş, rayonun mərkəzi ATS-də 48 port tutumlu DSLAM avadanlığı və rayonun Bağban kəndində 112 nömrə tutumlu ATS quraşdırılmış, yeni internet avadanlıqları quraşdırılmış, genişzolaqlı internet istifadəçilərinin sayı 1889-a çatdırılıb.

2014-cü il ərzində görülmüş tədbirlər nəticəsində əhaliyə 133,5  min manatlıq (əvvəlki ildəkindən 9,9 min manat çox) poçt xidməti, 490 min manatlıq (əvvəlki ildəkindən 43,2 min manat çox) telefon rabitəsi xidməti  göstərilib. Lakin şəbəkənin xətt təsərrüfatının köhnə olması xidmətin yeni tələblər səviyyəsinə qaldırılmasında müəyyən çətinliklər yaradır.

Ümimilikdə rayon üzrə vətəndaşlara müxtəlif nəqliyyat xidməti göstərmək üçün 795 ədəd müxtəlif təyinatlar üzrə Fərqlənmə nişanı verilib və dövlət büdcəsinə 5337 manat ödəniş edilib. İl ərzində 39 min nəfərə yaxın sərnişin daşınmış və dövlət büdcəsinə 28 min manat vəsait ödənilib. Həmçinin Ucar şəhərindən Bakıya 3 ədəd iritutumlu avtobus və 4 ədəd mikroavtobus sərnişindaşıma xidməti göstərib, hesabat dövründə Ucar-Sumqayıt marşrutu açılıb və 2 mikroavtobus fəaliyyətə başlayıb. Şəhərdaxili, kəndlərarası, Göyçay və Gəncə şəhərlərinə sərnişindaşıma xidməti göstərilib.

      

 

Tarix
4 İyun 2015 [21:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin