Ana səhifə
21 Noyabr 2018

Qubernatordan Azərbaycana təşəkkür

Ucnoqta.azxəbər verir ki, Kaliforniyada “Yeddi gözəl” baletinin uğurla səhnələşdirilməsi ilə əlaqədar bu ştatın Qubernatoru Edmund Cerri Braun tərəfindən təbrik bəyanatı verilib.

 

AzərTAc -ın məlumatına görə, bəyanatda Qubernator baletin uğurlu nümayişinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini, Los-Ancelesdəki baş konsulluğunu təbrik edir. E.Braun belə bir əsərin Kaliforniya sakinləri qarşısında nümayiş etdirilməsinə görə təşəkkürünü bildirir.
Bəyanatda, həmçinin “Yeddi gözəl” haqqında qısa məlumat verilir, baletin dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında 1952-ci ildə Qara Qarayev tərəfindən bəstələndiyi, burada etnik müxtəlifliyin, fərqli mədəniyyətlərin gözəlliyinin və qadın müdrikliyinin tərənnüm edildiyi vurğulanır.
Xatırladaq ki, “Yeddi gözəl” baleti Kaliforniyada Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 11-də böyük uğurla səhnələşdirilib. “Yeddi gözəl” baleti ABŞ-da ilk dəfə olaraq nümayiş etdirilib.

Tarix
22 Oktyabr 2014 [20:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin