“Nar Çiçəyim”də kişini şüşə ilə yaraladılar

10:38 - 8 Dekabr 2023 - HADİSƏ

Bakıda kafedə dava-dalaş olub.

Hadisə dünən saat 20 radələrində Xətai rayonunda qeydə alınıb.

Rayonun Cavanşir küçəsində yerləşən "Nar Çiçəyim" kafesində Tahir Qarayev şüşə parçası ilə Elşad Rəfiyevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. R.Rəfiyev daxilə nüfuz edən, həyatı üçün təhlükəli olan ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanıb. Tahir Qarayev şübhəli şəxs qismində tutulub.///qafqazinfo

Xəbər xətti