Ana səhifə
19 Sentyabr 2018

İcra başçısından Prezidentə şikayət edildi

Ucnoqta.az” xəbər verir ki, Zərdab rayonunun Çallı kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü 62 yaşlı Sovqat Zamanov Nadir oğlu AzNews.az-a məktub ünvanlayıb. 

 

O yazır ki, bu yaşında elə bir qanunsuzluqla üzləşib ki, hələ də özünə gələ bilmir: “Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverdi Səfərovun göstərişi ilə halal torpağımda mişar daşından çəkdirdiyim 50 metr uzunluğunda olan hasarımı qanunsuz olaraq ekskavatorla vəhşicəsinə söküb yerlə-yeksan ediblər. Səbəb kimi onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm. Əslində isə həmin torpaq mənə məxsusdur. Bunu təsdiq edən sənəd-sübut da var. Belə ki, həyətyanı torpaq sahəm 2200 kv.metr təşkil edir. Orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirdim. Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib mənə bildirdi ki, sən burada çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür. Mən bundan ötrü rayon rəhbərliyinə müraciət etdim”.

 

O, qanuni torpağı olduğu üçün rayon rəbərliyindən kömək istəyib: “Rayon icra başçısının müavini savadsızlığımdan istifadə edib məndən 3000 manat pul istədi və dedi ki, hasar yerində qalsın, torpağı da sənə verəcəyik. Mən buna qəti olaraq etraz etdim. Səhəri gün başıma bu oynu gətirdilər, qəzəblənib qanunsuz olaraq hasarımı uçurtdular. İndiyə qədər elə bilirdim ki, bu qanunsuzluqdan , özbaşınalıqdan icra başçısı Lütvəli Babayevin xəbəri yoxdur. Sən demə, bütün bu korrupsiyanın, vəhşiliyin başında elə icra başçısı Lütvəli Babayev özü şəxsən dayanırmış. Çünki bu qanunsuzluq barədə ona göndərdiyim teleqramlara, şikayət ərizələrinə indiyə qədər cavab verməyib, qanuni tədbir görməyib. Maraqlı bir fakt da deyim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin texniki səhvi üzündən bizə ayrılmış torpaq sahəsi sənəddə 2200 kv.m göstərmək əvəzinə 1922 kv.m göstərilib. Bu barədə Callı bələdiyyəsinin sədrinin cavab məktubu var”.

 

S.Zamanov bildirib ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin saxtakarlıq , kələk yolu ilə pul qazanmaq ideyasını həyata keçirmək məqsədi ilə onun əmlakını məhv etmiş 1-ci müavin Allahverdi Səfərovunun cinayət əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət göndərib. 

 

Bununla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Tarix
22 Oktyabr 2014 [12:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin