Blinken Baydenin Si Cinpin barədə dediyi sözlərə verdiyi reaksiyasından danışıb

00:05 - 8 Dekabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken prezident Co Baydenin Çin prezidenti Si Cinpin haqqında söylədiyi sözlərə reaksiyasını yorğunluq kimi izah edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Bu, həqiqətən uzun bir gün idi, Çinlə həqiqətən vacib və gərgin bir söhbət idi. Boynum bir az sərtləşib. Bilirsiniz, belə şeylər olur”, - Blinken deyib.

Eyni zamanda ABŞ dövlət katibi iki ölkə arasında münasibətlərin gərgin olduğunu etiraf edib.

"Prezident həmişə çox aydın, çox birbaşa danışır və hamının adından danışır", - Blinken əlavə edib.

Xəbər xətti