Ana səhifə
24 Sentyabr 2018

"Ebola ilə bağlı bağlı Azərbaycanda heç bir narahatlıq yoxdur" - RƏSMİ

Ucnoqta.azxəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev apa-ya açıqlamasında deyib ki, ölkədə vəziyyət tam stabildir.

 

Onun sözlərinə görə, Respublika Taun Əleyhinə Stansiyasının “Qaynar xətt” xidmətinə də bununla bağlı heç bir məlumat daxil olmayıb: “24 saat ərzində “Qaynar xətt” xidmətinə növbətçilik edilir və bu zaman ərzində təhlükəli, şübhəli halla bağlı əlavə heç bir zəng daxil olmur. Biz də “Ebola” virusuna qarşı mübarizəyə hərtərəfli hazırıq. Əgər bu virus ölkəyə gələrsə, onun qarşısını almaq üçün bütün lazımi işlər indidən görülüb. Aeroportlarda, sərhəddə mütəxəssislər tərəfindən xəstəliklə bağlı hansısa göstərici aşkar olunarsa, virusa yoluxanların yerləşdirilməsi üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tam şərait yaradılıb. Ağciyər Xəstəlikləri İnstitutunun 2 palatası tam olaraq bu viruslu xəstələr üçün ayrılıb. Amma bu vaxta kimi heç bir hal aşkarlanmayıb və heç kim instituta yerləşdirilməyib”.

 

Tarix
22 Oktyabr 2014 [12:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin