HƏMAS-ın girovları azad etməkdən imtina etməsi atəşkəsi pozub - Bayden

00:25 - 6 Dekabr 2023 - DÜNYA

Fələstinin radikal HƏMAS hərəkatının girovluqda olan gənc qadınları azad etməkdən imtina etməsi Yaxın Şərqdə atəşkəsin pozulmasına səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Bostonda seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxış edərkən bildirib.

"Mən çox aydın olacağam: HƏMAS-ın qalan gənc qadınları azad etməkdən imtina etməsi bu razılaşmanı pozdu və döyüşdəki fasiləyə son qoydu" - Bayden bildirib.

O vurğulayıb ki, HƏMAS-ın əlində olan bütün girovlar dərhal azad edilməlidir və ABŞ onların ailələrinin yanına qayıtmaqdan əl çəkməyəcək.

“Bunlar əsasən 20-39 yaş arasında olan mülki qadınlardır, HƏMAS hərbi əməliyyatların dayandırılması haqqında sazişə uyğun olaraq onları azad etməkdən imtina edib”, - Amerika lideri əlavə edib.

O, həmçinin HƏMAS yaraqlılarını qadın və qızlara cinsi istismarda ittiham edib.

Xəbər xətti