İsrail ordusu quru əməliyyatının üçüncü mərhələsinə başlayıb

20:23 - 5 Dekabr 2023 - DÜNYA

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ən şiddətli döyüşləri aparır, ordu hazırda anklavın cənubundakı Xan Yunis şəhərinin mərkəzində fəaliyyət göstərir.

Ucnoqta.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman deyib.

“Bu, yerüstü manevrlər başlayandan bəri ən gərgin döyüş günüdür”.

Məlumata görə, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərini mühasirəyə alıb, quru əməliyyatının üçüncü mərhələsi başlayıb.

 

Xəbər xətti