Ana səhifə
18 Noyabr 2018

Xəzərdə üç Azərbaycan vətəndaşına atəş açıldı

Bu gecə Xəzərin Qazaxıstana aid hissəsində üç Azərbaycan vətəndaşı brakonyerliyə görə saxlanılıb.

 

Ucnoqta.az xəbər verir ki,  bu haqda Qazaxıstanın Sərhəd Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, brakonyerlər “Bayda” tipli qayıqda olublar və Kulalı adası yaxınlığında aşkar ediliblər. “Sərhədçilərin dayanmaq tələblərinə brakonyerlər reaksiya verməyiblər, onlara qarşı silah işlədilib. Silah tətbiqi zamanı xəsarət alan olmayıb” deyə məlumatda bildirilir.

Saxlanılanlardan nərə cinsinə aid 94 balıq və brakonyerlik alətləri aşkar olunub. Qazaxıstan hüquq-mühafizə orqanları 3 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumatlandırılıb.(Virtualaz.org)

 

Tarix
22 Oktyabr 2014 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin