Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) daha üç əsgəri həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin saytında məlumat verilib.
Məlumata görə, ölənlər arasında 20 və 21 yaşlı iki çavuş, həmçinin 23 yaşlı kapitan da var. Onların hamısı Barak briqadasında xidmət edirdi. Beləliklə, Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan israilli hərbçilərin sayı 78-ə yüksəlib.İDF sıralarında ümumi itkilər hazırda 404 nəfərdir.