Ana səhifə
15 Noyabr 2018

Ucarda yeni sənaye müəssisələri istifadəyə verilib

Torpaqların isə su təminatı yaxşılaşdırılıb

 

 

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirildiyi rayonlardan biri də Ucar rayonudur.  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il  27 fevral tarixli 118 nömrəli Fərmanına uyğun olaraq rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə Ucar rayonu üzrə də mühüm əhəmiyyətli tədbirlər  nəzərdə tutulub və artıq  bu tədbirlərin icrasına başlanıb. Müqayisə üçün qeyd edək ki, əgər birinci Dövlət Proqramında  Ucar rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar 6 layihə nəzərdə tutulmuşdusa, üçüncü Dövlət Proqramında rayon üzrə 18 layihənin icrası nəzərdə tutulub. Dövlət Proqramında icrası nəzərdə tutulmuş sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi, bu sahəyə xidmət göstərən infrastrukturun  maddi-texniki bazasının möhkəmləndirilməsi, şəhərdaxili və yerli əhəmiyyətli avtomobil yollarının və körpülərin tikintisi və əsaslı təmiri, rayonun elektrik enerjisi, təbii qaz, istilik,  içməli su və kanalizasiya təminatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması, torpaqların su təminatının, meliorasiya-irriqasiya xidmətlərinin  yaxşılaşdırılması, sel sularından mühafizə tədbirlərinin, abadlıq və quruculuq işlərinin aparılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi tədbirlərinin həyata keçirilməsi, rayonun sosial-iqtisadi cəhətdən daha da sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir. Bu mməqsədləDövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi və təmiri ilə əlaqədar tədbirlər davam etdirilir. Göyçay–Ucar avtomobil yolunun Ucar şəhərinə giriş hissəsinin 6 kilometrinin yenidən qurulması, həmin yolun üzərində 3 körpünün tikintisi davam etdirilib, rayonun Qaracallı kənd yolunun 1,2 km hissəsinə 7200 kvadratmetrlik, 90,8 min manatlıq asfalt örtük vurulub.          2014-cü il ərzində şəhərin Heydər Əliyev prospektində 456,9 min manatlıq, başqa sözlə 20000 kvadratmetrlik asfalt işləri görülüb, həmçinin şəhərin küçələrində cari təmir işləri aparılıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, bəzi yaşayış məntəqələrinin, o cümlədən Alpout, Qazyan, Təzə Şilyan, Müsüslü, Quləbənd, Alpı kəndlərinin kənddaxili yollarının ilk növbədə asfaltlaşdırılmasına ciddi ehtiyac var.

2014-cü il ərzində Ucar rayonunda xeyli abadlıq-quruculuq işləri görülüb. Rayon Sukanal idarəsinin, rayon Kənd təsərrüfatı idarəsinin inzibati binalarının və şəhərin Heydər Əliyev kücəsində 9 saylı ərazi vergilər idarəsinin xidmət mərkəzinin  tikintiləri davam etdirilib, rayon Gənclər Mərkəzi üçün binanın tikintisinə başlanılmış, həmçinin, şəhərin Heydər Əliyev prospektində, Oğuz və Azərbaycan küçələrində dekorativ hasarların çəkilməsi və üzlük daşlarla üzlənilməsi işləri davam etdirilib. Şəhərin Dədə Qorqud  küçəsindəki 3, 7 və 9 saylı binaların dam örtüyündə təmir işləri aparılmış və bu işlərə 39 min manat büdcə vəsaiti xərclənib.

Rayonun torpaqlarının su təminatını yaxşılaşdırmaq üçün il ərzində  təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələrində 1milyon 134 min kubmetr həcmində 542,3 min manatlıq lildən təmizləmə, 120 ədəd hidrotexniki qurğuda 37,6 min manatlıq cari təmir işləri görülüb. Həmçinin, 176,4 min manatlıq əsaslı təmir işləri yerinə yetirilib. 2014-cü il ərzində istismar tədbirlərinə uyğun olaraq, 564,2 min kubmetr həcmində, 157,9 kilometr uzunluğunda və ya 289,3 min manatlıq kollektor-diren şəbəkələrinin lildən təmizlənməsi və torpaqbasma işləri həyata keçirilib.

Rayonda sel sularından mühafizə tədbirləri həyata keçirilib. 2014-cü il ərzində rayonun Türyançay və Göyçay çayının sağ və sol sahilləri boyunca maşın və mexanizmlərin köməyi ilə 23,4 km uzunluğunda, 457,6 min kubmetr həcmində məcra təmizlənməsi və bəndin təmiri, 109 kubmetr həcmində betonla sahilbərkitmə işləri görülüb. Rayon Meliorasiya İdarəsinin kollektivi 2014-cü ildə 509 min kubmetr həcmində, 145,3 km uzunluqda, 260,6 min manat dəyərində kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi və torpaqbasma işləri görüb.

Ucar rayonunda sənayenin inkişaf etdirilməsi istiqamətində də uğurlu işlər görülüb. Rayonun Qazıqumlaq kəndi ərazisində tikintisinə başlanılmış “Ucar Aqro” MMC-yə məxsus Quşçuluq Sənaye Kompleksinin Quş əti emalı müəssisəsi istifadəyə verilib, Quş yetişdirmə fabrikinin tikintisi davam etdirilməklə 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub ki, nəticədə əlavə olaraq 150  daimi iş yerinin açılması təmin ediləcək.

Rayonda ümumi məhsul buraxılışı 3,0 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 15,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 17,1 faiz,   əhalinin pul gəlirləri 4,8  faiz, orta aylıq əmək haqqı 7,2 faiz artıb, yoxsulluq səviyyəsi 6 faizdən  5,3  faizə düşüb.  2014-cü il ərzində rayonda  cəmi 775 iş yeri açılıb ki, bundan 680-ı daimi, 95-i digər tədbirlər üzrə müvəqqəti və mövsümü işlər olub. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə il ərzində 7604 nəfər fiziki və hüquqi şəxsə 15 milyon 83 min manat kredit verilib, bundan 4320 nəfərə 9 milyon 94,5 min manat qısa müddətli, 3284 nəfərə 5 milyon 988,6 min manat uzun müddətli kredit verilib, bundan əlavə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 12 sahibkara 136 min manat güzəştli kredit verilib və bu güzəştli kredit hesabına 20 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

 

 

 

 

 İl ərzində 8 bələdiyyə tərəfindən 32 nəfərə sahibkarlıq məqsədilə 12 min 626 kvadrat metr torpaq sahəsi satılıb, 5 bələdiyyə tərəfindən 6 sahibkara  82,5 ha torpaq sahəsi  kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub və Dövlət Proqramının icra müddətində mövcud sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyətə başlaması və regionların sənaye potensialının artırılması istiqamətlərinin diqqət mərkəzində saxlanılması əsas götürülərək müvafiq təhlillər aparılıb, rayonda sənaye məhəlləsinin yaradılması və mövcud sənaye müəssisələrinin bərpa və inkişaf etdirilməsi ilə əlaqədar təkliflər İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilib. Bu təkliflər in qəbul edilməsi Ucar rayonunda sənaye sektorunun sürətlə inkişafına təkan verəcək. Yeni səraye müəssisələrinin açılması həm də yeni iş yerləri, əhalinin rifah halının yaxşılaşması deməkdir. Bu həm də infrastruekturun yenilənməsi və yeni bazarların formalaşmasına imkan verəcək . Eyni zamanda rəqabət qabiliyyətli məhsul istehsalı artacaq ki, bu da ölkə iqtisadiyyatında çox önəmlidir. Bu gün xarici mallarla  rəqabət aparmaq istəyiriksə, bu çox önəmlidir.       

 

Tarix
3 İyun 2015 [19:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin