Ana səhifə
18 Noyabr 2018

Sənət adamları niyə teatra getmirlər?

Xatirə İslam: “Teatra getməyə vaxtım olmur”

 

 

 

Gülyaz Məmmədova: «Tamaşalar el şənlikləri ilə toqquşduğuna görə gedə bilmirəm»

 

 

Fatimə Fətəliyeva: “Tədbirlər, işlər və toylar çox olduğuna görə teatra gedə bilmirəm”

 

 

Sənətindən və peşəsindən asılı olmayaraq insanlar asudə vaxtını xoş keçirmək və istirahət etmək üçün mədəniyyət ocaqlarına da gedirlər. Tanınmışlar “Üç nöqtə”yə sonuncu dəfə teatra nə vaxt getməsi və sevdikləri tamaşa haqqında danışıblar. Maraqlı mənzərə ortaya çıxıb…

Müğənni Xatirə İslam teatrı çox sevdiyini, amma gedə bilmədiyini deyir: “Sözün düzü, son vaxtlar teatra getməyə vaxtım olmur. Məleykə Əsədova Akademik Milli Dram Teatrına dəvət eləmişdi, amma təəssüf ki, gedə bilmədim. Sonuncu dəfə Opera və Balet Teatrına “Leyli və Məcnun” operasına baxmağa getmişdim. O tamaşaya Mənsum İbrahimov dəvət etmişdi. Operada Mənsum müəllim və Nəzakət Teymurova oynayırdı. Teatra getməyi çox sevirəm və bütün aktyorlarımızın tamaşalarını bəyənirəm. Yenə də dəvət etsələr, gedərəm. Tələbəllik və uşaqlıq  illərimdə teatra gedirdim, atam aparırdı. Amma hazırda o zaman baxdığım tamaşaların adları yadımda deyil”.

Rəqqasə Fatimə Fətəliyeva qeyd etdi ki, teatrı çox sevir: “Aktyorlarla çox yaxın dostluq münasibətim var və xalq artisti Məleykə Əsədova yaxın rəfiqəmdir. Onunla neçə ildir dostluq edirəm. İnanın ki, dəfələrlə məni tamaşaya dəvət edirlər. Vaxt tapan kimi tamaşalara baxmağa getmişəm. Son illər tədbirlər, işlər və toylarçox olduğuna görə teatra gedə bilmirəm. Amma teatra getməyi çox istərdim. Bir ay əvvəl Məleykənin “Məmin günahın” tamaşasının çox gözəl premyerası oldu. Əfsuslar olsun ki, gedə bilmədim və öz adımdan gözəl bir gül buketi göndərdim. Yeni tamaşaların premyerasında mütləq gedəcəm, inşallah.  Teatrı çox sevirəm, çünki həyatın özü böyük teatrdır, tamaşadır. Həyatı yaxşı, zövqlə yaşamaq və xoş vaxt keçirmək üçün teatra getmək lazımdır. Tamaşalara baxanda böyük zövq alıram, kövrəlirəm, ürəyim açılır, həm də gülürəm. Bir çox səhnə əsərlərini xüsusilə “Sən həmişə mənimləsən” və “Varlı qadın” tamaşalarını çox sevirəm. “Varlı qadın” tamaşasında Elşən Cəbrayılov və Firəngiz Mütəllimova oynayırlar. Firəngiz xanım rolunu çox gözəl canlandırıb”.

Müğənni Xuraman Şuşalı sonuncu dəfə uşaqlarını tamaşaya apardığını vurğuladı: “Axır vaxtlar uşaqlarıma görə teatra gedə bilmirəm. Son dəfə uşaqlarımı Opera və Balet Teatrına “Maşa və Medved” tamaşasına aparmışdım. Hazırda öz həyatım yaddan çıxıb və teatra getmək istəsəm belə vaxtım yoxdur. Ailəmi, işlərimi, xınayaxdı mərasimlərimi  çətinliklə çatdırıram. Amma böyük məmnuniyyətlə teatra gedərdim. Məni yaxın günlərdə Gülyanaq xanım Opera və Balet Teatrına “Leyli və Məcnun” operasına dəvət etmişdi. O tamaşaya getməyi çox istəyirdim, amma uşaqla harasa getmək çox çətindir. Evdən çıxanda qızım məndən əl çəkmir. Ona görə də hələ ki, teatrlara gedə bilmirəm”.

Teatrı çox sevən tanınmışlarımızdan biri də xalq artisti Gülyaz Məmmədovadır. Xalq artisti qeyd edir ki, həyat səhnənin içindədir: “Əvvəllər Opera və Balet Teatrının və «Azdrama»nın bütün tamaşalarına getmişəm və baxmadığım tamaşa yox idi. Xüsusilə də, Opera və Balet Teatrındakı tamaşaları deyirəm. Hətta Kukla Teatrına uşaqları aparan zaman mən də baxmışam. Teatrı çox sevirəm və elə bilirəm ki, həyat səhnənin içindədir. Sanki tamaşaya baxanda bütün problemlərim həll olunacaq. Amma son vaxtlar teatra getməyə çox da vaxtım olmur. Sonuncu dəfə Fidan Hacıyevanın “Karmen” tamaşasına getmişəm. Eləcə də Heydər Əliyev Sarayında “Bu şəhərədə”nin konsertində olmuşam. Ondan sonra işlərimlə bağlı vaxt tapa bilmirəm. Səhnə adamlarının o qədər işi olur ki, çox yerə gedə bilmirlər. Amma yəqin ki, yenə teatra gedəcəm. Nurəddin Mehdixanlı tamaşaya dəvət edib. Tamaşada Nurəddin müəllimlə Məleykə Əsədova oynayırlar. Tamaşalar el şənlikləri ilə toqquşduğuna görə gedə bilmirəm. Opera və Balet Teatrının bütün tamaşalarını sevirəm. Əslində tamaşalara, fərq qoymuram. Sevdiyim tamaşalara gəlincə, “Karmen”, “Solğun çiçəklər”, “Göz həkimi”, “Səni axtarıram” və başqalarının adını çəkə bilərəm. Hər tamaşanın öz dəstixətii, quruluşu var. Bir-birinə oxşamırlar”.

 

 

 

Rəqsanə

Tarix
3 İyun 2015 [23:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin