Qaxda zəncirvari qəza olub, xəsarət alanlar var

15:50 - 1 Dekabr 2023 - HADİSƏ

Qax rayonunda minik və yük avtomobilləri toqquşub.

“Report”un məlumatına görə, hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb.

Belə ki, “Ford” və “Hyundai” markalı yük avtomobilləri ilə “Moskvich” markalı avtomobil toqquşub. Qəzadan sonra “Moskvich” yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağırılmış Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində “Moskvich”in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti