ABŞ-ın İraq və Suriyadakı bazaları hücuma məruz qalıb

00:53 - 1 Dekabr 2023 - DÜNYA

Noyabrın 23-də Qəzza zolağında humanitar fasilə elan edildikdən sonra Birləşmiş Ştatların Müdafiə Nazirliyi Suriya və İraqda yerləşən ABŞ hərbçilərinə yalnız bir hücumu qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Hərbi Departamentinin mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.

"Hücum çərşənbə axşamı günü baş verib. Bununla, oktyabrın 17-dən bəri hücumların ümumi sayı 74-ə çatıb" - Sabrina deyib.

Hücum nəticəsində heç kimin xəsarət almadığını və hərbi obyektlərə heç bir ziyan dəymədiyini qeyd edib.

Xəbər xətti