Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.
Ucnoqta.az xəbər verir ki, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.
Hazırda parlamentin 15 komitəsi var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.
"Yeni Sabah" araşdırıb ki, hazırda “Mercedes E 300” markalı avtomobillərin 2023-cü il modelinin qiyməti 129 575 min ABŞ dollarıdır. Bu isə milli valyutaya çevirəndə təxminən 220 300 AZN edir.