Ana səhifə
18 Noyabr 2018

Yeni virus xəbərdalığı - Azərbaycanda

Ucnoqta.az” xəbər verir ki, Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə yeni troyan virusu ilə bağlı xəbərdarlıq edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) apa-economics-ə verilən məlumata görə, bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.

RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.

Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.

Qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.

 

Tarix
22 Oktyabr 2014 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin