Ana səhifə
15 Noyabr 2018

Ebola necə yoluxur?

Ucnoqta.azxəbər verir ki, ebola dünyanın ən qorxulu röyasından birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, virus indiyə qədər 7 fərqli ölkədə 9 minə yaxın insana yoluxub. 
Bu virus 5 minə yaxın insanın canını alıb. 
Bəs Ebola nədir və insana necə yoluxur?

Ebola xəstənin əşyalarla təmasından, xəstənin sağlam insanlarla ünsiyyətindən, kəsik və yaradan yoluxur. Xəstə cənazəsinə toxunmaq Afrikada virusun sürətlə yayılmasına yol açıb. 

Ebolanın əlamətləri:
- Halsızlıq, solğunluq
- Yüksək temperatur 
- Ürək bulanması, qusma
- İshal
- Qanın laxtalanmasının pozulması 
- Qaraciyər və böyrəkdə problem 

Hələlik dünyanın qorxulu röyasına çevrilən Ebolanın vaksini yoxdur. Sadəcə virusun yayılmasına qarşı dərman var. Ebola ilk olaraq meyvə yarsası deyilən bir məməlinin insanı dişləməsi nəticəsində yayılıb. 

Ebola yüksək temperatur başlamadan bir insandan başqasına yoluxmur. Yəni temperaturu olmayan şəxsin başqasına Ebola yoluxdurma şansı yoxdur. 

Digər yoluxucu xəstəlik kimi Eboladan da qorunmağın ilk yolu gigiyenik qaydalara riayət etməkdir. Əllər tez-tez sabun və su ilə yuyulmalıdır. Potensial infeksiya meteriallarından uzaq durun. 
Ölü heyvanlarla təmasdan qaçın. Tanımadığınız vəhşi heyvanların ətini yeməyin. (ANS PRESS)

Tarix
22 Oktyabr 2014 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin