Ana səhifə
20 Sentyabr 2018

Qadın həbsxanaya narkotik keçirmək istədi

Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. 
 

 

Ucnoqta.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gələn qohumunun üzərinə baxış keçirilib.

 Balakən rayonu, Qullar kəndində yaşayan Tamara Kamil qızı Əzizovanın alt paltarında xüsusi üsulla gizlədilən sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

 

Tarix
22 Oktyabr 2014 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin