Ana səhifə
22 Sentyabr 2018

Musiqiçilərimiz “Pekində görüş” festivalında

Çin Xalq Respublikasının (ÇXR) paytaxtında keçirilən ənənəvi “Pekində görüş” beynəlxalq incəsənət festivalı çərçivəsinə geniş konsert proqramı təşkil edilib.

 

 

 

Musiqili gecə Pekin Konsert Sarayında baş tutub. Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestri və xanəndələr xalq artisti Mənsum İbrahimov, Vüsalə Rəcova, əməkdar artistlər Elçin Həşimov (tar),  Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) tamaşaçılara unudulmaz musiqi gecəsi bəxş ediblər. Proqrama Oqtay Zülfüqarovun “Bayram” uvertürası ilə start verilib.Vüsalə Rəcova maestro Niyazinin işləməsində xalq mahnısı “Qara gilə”ni ifa edib. Əməkdar artist Elnur Əhmədovun ifasında Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün ifası, Mənsum İbrahimovun “Kor ərəbin mahnısı”nı Çin tamaşaçısı hərarətlə qarşılayıb.

Qeyd edək ki, konserti izləyənlər arasında Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Əlcəzair, Belarus, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Albaniya və Qətərin səfirləri və bir çox ölkələrin səfirliklərinin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız da olub.

Tarix
2 İyun 2015 [23:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin