Ana səhifə
19 Noyabr 2018

Sabah “ASALA- bütün ermənilərin pasportu”nun təqdimatı olacaq

İyun ayının 3-ü, saat 15:00-da BMM-də “ASALA- bütün ermənilərin pasportu” kitabının təqdimat mərasimi keçiriləcək. Kulisin məlumatına görə “ASALA- bütün ermənilərin pasportu”(”ASALA- паспорт всех армян”) kitabı ATV kanalının layihəsi olan “Kitabçı” jurnalının nəşri kimi işıq üzü görüb.

 

 

 

Rövşən Vəlizadənin müəllifliyi ilə nəşr olunan kitabda ASALA erməni terror təşkilatının yaranmasından (1975) üzü bu yana dünyanın bir çox nöqtələrindəki qanlı fəaliyyəti, keçirdiyi terror aksiyaları, ümumiyyətlə beynəlxalq erməni terrorunun 100 ildən daha artıq bir müddətdə azərbaycanlılara, bütövlükdə türklərə qarşı yönəlmiş terrorçuluq əməlləri, ASALA-nı yetişdirən psevdotarixi zərurət haqqında müfəssəl məlumatlar və dəqiq təhlillər vardır.

 

Kitabın məsləhətçisi, ATV–nin prezidenti Vüqar Qaradağlıdır.

 

Müəllifin iştirakı ilə prof.Z.Ağayev, İ.Xəlilli, M. Abbasovun ruscaya çevirdikləri kitabın redaktoru Oksana Bulanova, ədəbi məsləhətçisi isə “Kitabçı” jurnalının baş redaktoru Səlim Babullaoğludur.

 

Geniş oxucu kütlələri üçün nəzərdə tutulan kitab Terror və Korrupsiya Əleyhinə “Bank-İnformasiya” Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin bazasında Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə nəşrə hazırlanıb, “Mütərcim” nəşriyyatının mətbəəsində çap edilib.

Tarix
2 İyun 2015 [23:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin