Ana səhifə
19 Sentyabr 2018

Parlamentin qarşısında aksiya keçirildi

Ucnoqta.azxəbər verir ki, İran Telekommunikasiya Şirkətinin 700-dən çox işçisi ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

Şirkətin kəndlərdə çalışan işçiləri ölkənin bir neçə əyalətindən paytaxt Tehrana gəliblər. Onlar aylıq əməkhaqlarını ala bilməmələrindən, müqavilə, sığorta şərtlərinin icra olunmamasından şikayətlənirlər.

Məlumata əsasən, etirazçılar deyiblər ki, 9 aydır maaşlarını ala bilmirlər. Şirkət işçilərlə bağladığı müqavilənin şərtlərinə əməl etmir və sığorta haqlarını ödəmir.

Qeyd edək ki, ölkə əyalətlərində İran Telekommunikasiya Şirkətinin tabeliyində olan 30 idarə var. Kəndlərdə şirkətin 10 mindən çox işçisi çalışır.

 

Tarix
22 Oktyabr 2014 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin