Ana səhifə
22 Sentyabr 2018

“Oyuq” istedadlar sorağında

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası yeni istedadların cəlbinə başlayıb. Mədəniyyət və  Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan studiya mütəmadi olaraq öz sıralarını genişləndirməkdə, sabahın səhnə həvəskarlarını öz ətrafına toplamaqdadır.

 

 

Belə ki, daim balaca istedadları axtarıb tapan, onların səhnə vərdişlərini təkmilləşdirərək istedad və bacarıqlarını ortaya çıxaran, balaca sənət vurğunlarını böyük səhnə, çoxminli tamaşaçılarla görüşdürən, müsabiqə və festivallarda iştiraklarını təmin edən studiya yeni istedadların axtarışına çıxıb.

Bu dəfə 4-8 yaş qrupu arasındakı oğlan və qızlara səhnə vərdişlərinin, səs və plastikanın, hər hansı yaradıcı qabiliyyətin nümayiş meydanı açılıb. Beləliklə “Oyuq”un sıralarına qatılmaq istəyən balacalar  3 iyun saat 14. 00-dan başlayaraq A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsindəki seçimlərə qatıla bilərlər. Teatrın rejissor və rəssamlarının, aparıcı aktyorlarının, eləcə də studiyanın rəhbər və pedaqoqlarının aparacağı seçimdə özünü sınamaq istəyən balaca istedadları seçimlərə qatılmağa dəvət edirik.

 

 

Xəyal

Tarix
2 İyun 2015 [17:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin