Ana səhifə
18 Sentyabr 2018

“Məhəbbətin sirri” nəşr olundu

“Nurlar” nəşriyyat piolqrafiya Mərkəzində professor, Tibb Elmləri Doktoru Rüstəm Rüstəmovun “Məhəbbətin sirri” kitabı nəşr olunub. Kulisin verdiyi məlumata görə, kitab məhəbbət anlayışının elmi kütləvi izahına həsr olunub.

 

 

 

Müəllif bu mövzuya aid tədqiqatlarını humanitar və təbiət elmləri müstəvisində ümumiləşdirərək, məhəbbətin yaranması ilə insan varlığında baş verən dəyişiklikləri ətraflı şərh edib. Kitabda məhəbbət anlayışının ibtidai insan qruplarında yaranması, cəmiyyətin inkişaf mərhələsinə uyğun təkamül keçməsi, insanın genetik və mədəni irsiyyəti ilə əlaqəsi, din və ictimai əxlaq normaları əsasında müxtəliflik qazanması, həmçinin insanların davranışına təsiri ətraflı izah olunub.

 

Kitab psixoloqlar, sosioloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

“Məhəbbətin Sirri” kitabının elmi redaktoru Elçin Cabbarov, redaktoru Saleh Arslandır.

Tarix
2 İyun 2015 [19:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin