Ana səhifə
25 Sentyabr 2018

Ərdoğan həbs edildi

Türkiyənin məşhur aktyoru Nehir Ərdoğan “Narkotik maddələrdən istifadə etmək və saxlamaq” maddəsilə 10 ay həbs cəzası alıb.

 

 

Ucnoqta.az” xəbər verir ki bu haqda qərar İstanbul Asliye Cəza Məhkəməsində çıxarılıb. Qərarda deyilir ki, əgər Ərdoğan 5 il ərzində cinayət işləməsə, cəza ona verilməmiş sayılacaq.

 

Dünən baş tutan məhkəmədə Ərdoğana 2 ilə qədər həbs cəzası istənilib. Məhkəmədə ilk dəfə ifadə verən Nehir Ərdoğan Türkiyədə narkotikadan istifadə etmədiyini deyib: "Amsterdamda bir dəfə sınadım. Türkiyədə istifadə etmədim. Mənə qarşı irəli sürülən iddialar doğru deyil. Narkotikdən istifadə etmirəm. Bəraət istəyirəm”, - deyə aktyor vurğulayıb.

 

Qeyd edək ki, Nehir Erdoğan 16 iyun 1980-ci ildə İzmirdə anadan olub. Türkiyədə bir çox kino və seriallarda çəkilib. İlk və orta təhsilini İzmirdə bitirdikdən sonra Mərmərə Universitetinin İqtisadi və İdarəetmə fakültəsini bitirib. Sonra isə həmin Universitetdə Radio Televiziya və Kino ixtisasına yiyələnib. Ərdoğan qısa bir müddət ərzində ABŞ-da yaşayıb, daha sonra “Yabancı Damat” serialı üçün Türkiyəyə geri dönüb. Bu günə qədər müxtəlif televiziya kanallarında seriallara çəkilib, filmlərdə rol alıb.

 

AzNews.az

Tarix
22 Oktyabr 2014 [11:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin