Ana səhifə
24 Sentyabr 2018

Neftçalada sənaye məhəlləsi yaradılır

Sahibkarlara zəruri şərait yaradılır

 

 

Neftçala rayonu 2015-ci ilin birinci rübündə də uğurlara imza atıb. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər  nəticəsində rayonda ümumi məhsul istehsalının həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb. Hesabat dövründə ümumi məhsul istehsalı 43,6 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 260,0 min manat çoxdur. 2015-ci ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 4 milyon 968,6 min manat və ya ümumi məhsulun 11,4 faizi qədər, kənd təsərrüfatı məhsulu 11 milyon 239,6 min manat və ya 25,8 faiz, nəqliyyat xidməti 489,8 min manat və ya 1,1 faiz, rabitə xidməti 157,5 min manat və ya 0,4 faiz, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 16 milyon 484,5 min manat və ya 37,7 faiz, tikinti işlərinin həcmi 10 milyon 279,0 min manat və ya 23,6 faiz olub. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2014-cü ilin birinci rübünə nisbətən 7 faiz artaraq 90,6 faizə çatıb. Bu nəticələr onu deməyə əsas verir ki, rayonda adambaşına  düşən  düşən məhsul istehsalının həcmi də artıb. Adambaşına 516 manatlıq və ya 2014-cü ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çox məhsul istehsal edilib. 2015-ci ilin birinci rübündə rayonda 1 yeni müəssisə yaradılıb, 189 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni yaradılmış müəssisədə 3, fiziki şəxslər üzrə 189, mövcud müəssisə və təşkilatlarda 3 olmaqla cəmi 195 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunub. Rayonda aparılan tikinti-quruculuq işlərinə 28 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 528 nəfər cəlb olunub. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür. Nəzxərdə tutulan dövrdə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 4 milyon 968,6 min manatlıq sənaye məhsulu istehsal olunub, iş və xidmətlər yerinə yetirilmiib. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 78,3 faiz təşkil edib. Rayonda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 hektar torpaq sahəsi ayrılıb və bu istiqamətdə yaxın vaxtlarda işlərin aparılması nəzərdə tutulub. Artıq bəzi müəssisələr fəaliyyət istiqamətində addımlar atır. Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli Sərəncamına uyğun olaraq, “Azərbaycan İnvestisiya Şirkəti” səmərəli fəaliyyətə başlayıb. «Artıq Neftçala rayonunda ərazini seçmişik. Qısa müddətdə layihələndirmə işlərini tamamlayıb, sənaye məhəlləsi üçün ayrılan 10 hektar ərazidə tikinti işlərinə başlayacağıq». Bu sözləri  “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Rövşən Nəcəf  bildirib. Onun sözlərinə görə, ilin sonunadək sənaye məhəlləsinin birinci fazasının yekunlaşdırılması, yəni orada zəruri infrastrukturun və ilkin istehsal sahələrinin yaradılması nəzərdə tutulur. “Biz Neftçala Sənaye Məhəlləsində müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparırıq. Bunlar yerli şirkətlərdir, əcnəbi şirkətlərin iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Sənaye məhəlləsinin rezidenti olmaq istəyənlərdən layihələr qəbul edirik. Rezident sahibkarlara zəruri şərait yaradacağıq. Onlara güzəştli kreditlərin verilməsi, peşə treninqlərinin keçirilməsi, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, mühasibatlığın aparılması və məhsulların satışı ilə bağlı müvafiq təlimlərin təşkili nəzərdə tutulur ”, –deyə Rövşən Nəcəf vurğulayıb.

R.Nəcəf qeyd edib ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Bu siyasətin uğurlu icrası nəticəsində ölkəmizdə müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib, minlərlə yeni iş yaradılır. Hazırda regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə diqqət yönəldilib.

Qeyd edək ki, rayonun ən böyük müəssisələrindən biri də Yod-Brom zavodudur.  Yodlu-bromlu su ilə dolu olan quyular Azərbaycanda ancaq Neftçala rayonunun ərazisində mövcuddur. Rayon ərazisində 110 quyu var ki, onlardan 97-i hazırda istismar edilir. Gün ərzində isə quyulardan təqribən 25000 kubmetr yodlu-bromlu su hasil edilir. 800-2500 metr dərinliyindən çıxarılan yodlu-bromlu sular Azərbaycanda yeganə olan Neftçaladakı Yod-Brom zavodunda təmizlənir. Yerin dərin qatından çıxarılan qarışıq sular zavoda borularla gətirilir. Burada yodlu-bromlu su xlorlaşdırılır və nəticədə yod ionları sudan tamam ayrılır.

Ümumiyyətlə mədən suyu 8 mərhələdən keçməklə kristal yod halına gətirilir. Neftçalada tikilən zavod istehsal gücünə görə MDB ölkələri arasında I, dünya üzrə isə III yerdədir. Hazırda zavodda daxili tələbatdan 25 dəfə çox, ildə 400 tona yaxın yod istehsal olunur. Bu isə o deməkdir ki, ölkəmiz dünyada neftlə yanaşı həm də bu məhsulun ixracatçısı kimi də tanınır. Xatırladaq ki, dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılır. Aydındır ki, görülən işlər rayon sakinlərinin pul gəlirlərinin, həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Hesabat dövründə əhalinin nominal pul gəlirləri 14 milyon 40,0 min manat olub, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb. Adambaşına düşən pul gəlirləri 2,0 faiz artaraq 166,0 manat təşkil edib. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 277,5 manat təşkil edir. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 39,2 milyon manatlıq istehlak malları satılıb və xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 11,4 faiz artaraq 33,4 milyon manata, pullu xidmətlərin həcmi 7,5 faiz çoxalaraq 5,1 milyon manata, iaşə xidmətinin həcmi 8,1 faiz artaraq 745,0 min manata çatıb.

2015-ci il üçün rayonun yerli gəlirləri 5 milyon 382,0 min manat, xərcləri isə 16 milyon 423,0 min manat təsdiq olunub. 2015-ci ilin birinci rübündə büdcəyə 1 milyon 130,3 min manata qarşı 1 milyon 141,1 min manat vəsait daxil olub və ya 101 faiz icra olunub, yerli xərclər 3 milyon 629,4 min manata qarşı 2 milyon 896,8 min manat və ya 79,8 faiz icra olunub.

01 aprel 2015-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 13565 nəfər olub. Ünvanlı dövlət sosial yardım alanların sayı 894 ailə olub, 143 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilib. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılıb.

Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılmasının səmərəliliyinə artırmaq məqsədilə lazımi tədbirlər görüb. Neftçalada əhalinin kütləvi surətdə tibbi müayinəsi uğurla aparılır. Pulsuz tibbi müayinələrin yüksək səviyyədə təşkili üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 1 kənd xəstəxanası, 15 həkim məntəqəsi, eləcə də 128 həkim və 432 orta tibb işçisi aksiyaya cəlb edilib. Gün ərzində orta hesabla 550-600 nəfər profilaktik tibbi müayinələrdən keçib. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada sakinlərin müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət beş peşəkar həkim briqadası yaradılıb və rentgen, ultrasəs müayinəsi, exokardioqrafiya, laborator və digər müayinələr aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi isə üç səyyar həkim briqadası tərəfindən evlərdə həyata keçirilib. Humanitar aksiyaya rayonun 60 mindən çox sakininin cəlb olunması nəzərdə tutulub. Kənd və qəsəbələrdə aktivliyi təmin etmək üçün əhali arasında kütləvi izahat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılmış xüsusi komissiya və qərargah müayinələrinin gedişinə operativ nəzarət edir. Aksiya başlanandan bu günə kimi rayonun 22 yaşayış məntəqəsindən 40885 nəfər tibbi müayinədən keçirilib. 2993 nəfər ambulator, 31 nəfər stasionar müalicəyə cəlb olunub, 59 xəstə isə Bakı şəhərindəki səhiyyə ocaqlarına göndərilib.

Tarix
2 İyun 2015 [20:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin