Ana səhifə
21 Oktyabr 2018

Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığı müzakirə edəcək

Ucnoqta.az xəbər verir ki, Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib. Onun sözlərinə görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun noyabrın ikinci yarısısında Pakistana səfəri çərçivəsində məsələ ilə bağlı danışıqlar aparılacaq.

Səfər çərçivəsində hər iki ölkənin yerləşdiyi regionlarda hərbi-siyasi və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılacaq, həmçinin təhlükələrə qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.

Səfərin müddəti diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.

 

Tarix
22 Oktyabr 2014 [11:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin