Ana səhifə
20 Noyabr 2018

İlham Əliyev obyektlərin açılışında

Azərbaycan prezidenti İlham Əliyev Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib. “Ucnoqta.az” “APA”-ya istinadən xəbər verir ki, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdikdən sonra məktəblə tanış olub. Məktəbdə bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var.

Dövlət başçısı həmçinin Xırdalan şəhərində şahmat məktəbinin açılışında da iştirak edib. Şahmat məktəbində yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, burada məşq otaqları və digər əlavə otaqlar var. Otaqlardakı kompüterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur. Prezident İlham Əliyevə məlumat verilib ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

Prezident İlham Əliyev Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, 1400 kv. m ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.

Prezident İ. Əliyev həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.

Tarix
3 Oktyabr 2014 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin