Ana səhifə
16 Yanvar 2018

Azərbaycanda 25 min manata nömrə

Dövlət Yol Polisi 3 ildir qanunda nəzərdə tutulan müddəanı icra etmir; nömrələr internetdə satışa çıxarılmır.

 

Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün müəyyən olunmuş dövlət rüsumu var. Belə ki, nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanunla 22 manat müəyyən edilib. Amma bəzi nömrələr var ki, qiymətinin bir neçə min manat olduğu deyilir. Baha qiymətli nömrələrə isə daha çox iş adamlarının və məmur övladlarının avtomobillərində rast gəlinir. Deyirlər, yaxşı nömrələrin də yaxşı qiymətləri var. El arasında “zerkalnı” adlanan bahalı nömrələri almaq hər adama qismət olmur. Ona görə də iş adamları və məmur övladları bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir. Mətbuatda bu nömrələrin bəzən 15-20 min manata alındığı qeyd edilir.

 

Ucnoqta.az” avtosfer.az-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bununla bağlı açıqlamasında bildirib ki, DYP-də 15-20 min manata nömrə satılmır. Onun sözlərinə görə, tanınmış və yaxud adi bir vətəndaşa, bir sözlə, hər kəsə nömrələr eyni qiymətə satılır. "Dövlət rüsumu haqqında" qanunda hərflərin, rəqəmlərin kombinasiyası üzrə qiymətlər müəyyən edilib və kimsə həmin nömrəni alırsa, dövlət rüsumunu ödəmək məcburiyyətindədir. Burada söhbət istəkdən asılı olan nömrələrə aiddir. O nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir. Hərf və rəqəmlərin dəyişməsindən asılı olaraq qiymət dəyişir. Hərf və rəqəmlərin düzülüşünün kombinasiya üzrə müəyyən edilən dövlət rüsumu var. Adi sıra ardıcıllığı ilə verilən nömrələrin qiyməti isə 22 manatdır”, - deyə K.Əliyev vurğulayıb.

 

Qeyd edək ki, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat müəyyən edilib. Əgər bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat nəzərdə tutulub. Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.

 

Facebook sosial şəbəkəsində "Cars in Baku" qrupunun yaydığı siyahıda isə tamam başqa mənzərə ortaya çıxıb. Belə ki, bu siyahıda satışa çıxarılan nömrələr arasında 25 min manatlıq nömrələr də var. Əslində, "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, satışda olan nömrələr Dövlət Yol Polisi İdarəsinin intnernet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolalarda yazılmalıdır. Burada həm nömrə, həm də onun satış qiyməti qeyd olunmalıdır. Vətəndaş da öz cibinə uyğun nömrəni seçməli, banka ödəniş etməli və qəbzlə birlikdə DYP-yə yaxınlaşıb həmin nömrəni almalıdır. Lakin 3 ilə yaxından DYP qanunun bu müəddəasını icra etmir. Əvəzizində isə başqaları bundan çox məharətlə istifadə edir. Buyurun, Cars in Baku»nun paylaşdığı nömrələrlə və onların qiymətləri ilə tanış olun. Əslində, Azərbaycan qanunvericiliyində ən bahalı nömrə 2500 manatdır. Bu siyahıda isə 1000 manatdan 25 min manata qədər olan nömrəyə rast gəlmək olar.

 

Siyahı:

90 *R 022 - 1500 AZN = TƏCİLİ 

90 AA 1*5 - 13500 AZN 

10 A* 600 - 6300 AZN

10 O* 900 - 9000 AZN 

10 *D 900 - 5700 AZN - Yeni 

10 YY 05* - 6200 AZN - Yeni 

10 PP 05* - 6500 AZN 

90 AS 11* - 3300 AZN 

90 *C 010 - 2700 AZN

10 *O 002 - 20000 AZN - Yeni (super seriya ilə) 

10 O* 009 - 13500 AZN - Qeydiyyatsız 

10 A* 004 - 7500 AZN 

10 YY 109 - 5700 AZN 

10 EE 666 - 4700 AZN - TƏCİLİ

10 *A 200 - 4700 AZN 

10 *U 005 - 4700 AZN 

10 *P 333 - 3200 AZN

10 ** 123 - 25000 AZN - Cüt hərf 

10 S* 555 - 14000 AZN - Qeydiyyat ilə

99 AA 12* - 12300 AZN 

10 A* 003 - 12500 AZN

10 *A 009 - 11500 AZN - Qeydiyyat ilə 

10 *Z 009 - 11500 AZN - Qeydiyyat ilə

90 AA 32* - 11500 AZN

90 AS *0* - 11000 AZN - Qeydiyyat ilə - cüt rəgəm 

90 ** 333 - 6000 AZN - cüt hərif

10 B* 011 - 5700 AZN

10 E* 006 - 5200 AZN

90 ** 999 - 5000 AZN 

10 Z* 003 - 4700 AZN

90 A* 099 - 4200 AZN

10 *O 050 - 4000 AZN

10 A* 060 - 3700 AZN

10 *R 800 - 3700 AZN 

90 *S 007 - 3300 AZN

90 A* 096 - 3200 AZN

10 *M 110 - 3200 AZN 

10 ** 088 - 2700 AZN - cüt hərif 

10 ** 033 - 2700 AZN - cüt hərif

90 *D 011 - 2200 AZN 

90 *K 333 - 2200 AZN 

90 *O 012 - 1200 AZN

10 N* 033 - 1000 AZN

10 ** 036 - 1000 AZN - cüt hərf 

 

Paytaxt yollarında “zerkalni” nömrələrə daha çox bahalı maşınlarda rast gələ bilərik. Bu maşınların qiyməti yüz minlərlə ölçülür. Dəbdəbəli həyat yaşayan imkanlı insanlar bahalı maşınlar, qeyri-adi yaşam tərzi ilə yanaşı, diqqət çəkən avtomobil nömrələrinə də üstünlük verirlər. “Zerkalni” nömrələr imkanlı təbəqə arasında prestij hesab edilir.

 

Tarix
25 Sentyabr 2014 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ