Ana səhifə
20 Sentyabr 2018

Avropa İttifaqı Azərbaycanla işi davam etdirəcək

Avropa İttifaqı vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanla işi davam etdirəcək.

 

Ucnoqta.azbildirir ki, bunu çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. Onun sözlərinə görə, Aİ-nin Azərbaycanın vətəndaş cəmiyyəti və dövlət strukturları ilə təmasları daimidir və bu, həm Aİ, həm də Azərbaycan üçün vacibdir:

"İstənilən ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu çox vacibdir və Azərbaycan da istisna deyil".

M.Mard qeyd edib ki, Aİ Azərbaycan Prezidentinin NİDA vətəndaş hərəkatının keçmiş üzvlərinə şamil olunan sonuncu əfv sərəncamını alqışlayır: "Aİ belə addımların davamlı olacağına ümid edir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv olunanlar arasında NİDA vətəndaş hərəkatının üç keçmiş üzvü - Şahin Novruzlu, Elsevər Mürsəlli və Bəxtiyar Quliyev, eləcə də QHT rəhbəri Həsən Hüseynli də var.

 

Tarix
22 Oktyabr 2014 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin